
Министр обороны Азербайджана Закир Гасанов
Bakı/26.03.19/Turan: Müdafiə naziri Zakir Həsənov Nyu-Yorkda sülhün dəstəklənməsi üzrə BMT nazirlər konfransında iştirak etmək üçün ABŞ-a gedib.
Müdafiə Nazirliyinin məlumatında deyilir ki, o, BMT baş katibinin sülhyaratma əməliyyatları üzrə müavini Jan Pyer Lakrua və digər şəxslərlə görüşəcək. Müzakirələrin mövzusu Azərbaycanın BMT sülhyaratma əməliyyatlarında iştirakıdır.-02D-
Rəy yaz