NATO baş katibi Gürcüstanda
Bakı/26.03.19/Turan: NATO-nun baş katibi Yens Stoltenberq Tbilisi yaxınlığındakı Birgə Təlim və Qiymətləndirmə Mərkəzinə (JTEC) baş çəkib və çoxmillətli NATO-Gürcüstan 2019" komanda-qərargah təlimlərinin gedişi ilə tanış olub. Bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Alyans üzvü olan 21 ölkədən 350 əsgərin, həmçinin Azərbaycan, Finlandiya, İsveç və Gürcüstandan hərbçilərin qatıldığı təlimlər "Krsanisi" Təlim və Tədris Mərkəzinin ərazisində keçirilir. Təlimlər martın 18-də başlayıb və martın 29-dək davam edəcək.
Təlimlərdə məqsəd NATO və tərəfdar ölkələrin silahlı qüvvələrinin bir arada olmasının təmin edilməsi, həmçinin Gürcüstan müdafiə qüvvələrinin idarəçilik imkanlarının gücləndirilməsidir.
Gürcüstan müdafiə qüvvələri komandanının birinci müavini, polkovnik Nikoloz Cancqava təlimlərin gedişi barədə NATO baş katibinə məlumat verib. Bundan sonra Stoltenberq gürcü hərbçilərlə görüşüb. Onların əksəriyyəti Əfqanıstanda sülhyaratma missiyasında iştirak edib.
"Bilirəm ki, siz öz ölkənizə və bizim alyansa xidmət edirsiniz. Sizin yerinə yetirdiyiniz iş bizim hamımız üçün çox vacibdir, çünki siz terrorizmlə mübarizəyə yardım edirsiniz", - Stoltenberq deyib.
"Əfqanıstanda hələ çox problem qalır, lakin biz bilirik ki, bu gün Əfqanıstan Əl-Qaidə, beynəlxalq terrorçular üçün sığınacaq deyil. Siz olmasaydınız buna nail olmaq mümkün olmazdı. Odur ki, alyans üzvlərinin, tərəfdar ölkələrin, həmçinin bu gün öz ölkəsində əmin-amanlıq içində yaşayan insanların adından sizə xidmətə və alyans üçün etdiklərinizə görə təşəkkür etmək istəyirəm", - Stoltenberq bildirib.
Stoltenberq Şimali Atlantik Alyansının rəhbəri kimi üçüncü dəfədir ki, Gürcüstana gəlir. Bu gün o, Gürcüstan prezidenti Salome Zurabişvili və parlamentin sədri İrakli Kobaxidze ilə geniş formatda görüş keçirib. -02D-
Siyasət
-
Azərbaycanın müdafiə nazirinin müavini və Quru Qoşunlarının komandanı, polkovnik-general Hikmət Mirzəyev Türkiyəyə rəsmi səfəri çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Metin Gürak ilə görüşüb.
-
Bakı-Moskva münasibətlərində AZALın təyyarə qəzasından sonra başlayan soyuqluq, deyəsən, güclənir. Bakı getdikcə tez-tez Moskvaya təyyarənin qəzaya uğramasının və vətəndaşlarının həlak olmasının üstünü örtməyə imkan verməyəcəyini göstərir.
-
ABŞ Dövlət katibi Marko Rubio cümə günü əksər mövcud xarici yardım qrantlarının 90 gün müddətinə dayandırılmasını əmr edən göstəriş imzalayıb. Bu qərar Dövlət Departamenti rəsmilərini şoka salıb və Politico-nun məlumatına görə, Ukraynaya hərbi yardımın maliyyələşdirilməsini hədəfə alıb.
-
İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb, bu barədə Azərbaycan XİN-in yanvarın 25-də yaydığı məlumatda bildirilir.
Rəy yaz