![Gənc Azərbaycanlı rejissorun uğuru](https://turan.az/resized/media/2018/main/032900008814-750-500-resize.webp)
Gənc Azərbaycanlı rejissorun uğuru
Bakı/29.03.18/Turan: Martın 26-da NİSİ MASA beynəlxalq kino platforması European Short Pitch müsabiqəsinin qaliblərinin adlarını açıqlayıb.
Work-in-progress Award hissəsində hər üç mükafatı gənc Azərbaycanlı rejissor Teymur Qəmbərovun "QUXUROBA" filminin layihəsi alıb.
"Bu, yoldaşımızın ilham verən uğurudur. O, bir daha sübut etdi ki, Mədəniyyət Nazirliyi tərəfindən heç bir dəstək olmasa belə, filmlər çəkmək olar və çəkilməlidir", deyə filmin prodüsseri Teymur Hacıyev bildirib.
"QUXUROBA" filmi dostunun qızı üçün gəlinliyi Bakıdan yüksək dağlıq Quxuroba kəndinə çatdırmaq xahişini yerinə yetirən tənha taksi sürücüsündən bəhs edir.
NİSİ MASA bu gün onlarla ölkədə təmsil olunan Avropa assosiasiyalar şəbəkəsidir. O, 2001-ci ildə yaradılıb, 10 il sonra isə şəbəkəyə artıq 26 ölkədən (həm Aİ ölkələri, həm də qonşu ölkələr - Xorvatiya, Makedoniya, Kosova, Türkiyə, Ukrayna və Rusiya) 28 təşkilat daxil oldu. Ümumilikdə 1000-ə yaxın kinematoqrafçı NİSİ MASA-nın üzvüdür. -02D-
Mədəniyyət
-
Azərbaycanda elektron musiqi səhnəsi son illərdə canlansa da, bu sahədə qadın DJ-lərin sayı hələ də məhduddur. Musiqi sənayesində öz yerini tutmaq istəyən qadınlar təkcə texniki bacarıqları ilə deyil, həm də cəmiyyətin onlara biçdiyi rollarla və gender balanssızlığı ilə mübarizə aparmalı olurlar.
-
Dünyada dayanıqlılıq təşəbbüsləri sürətlə artarkən, Avropa İttifaqının "Yaşıl Gələcək 2025" müsabiqəsi Azərbaycanda gənc innovatorlar üçün ekoloji problemlərə biznes yönümlü həllər təqdim etməyə imkan yaradan bir platformaya çevrilib. Bakıda keçirilən bu müsabiqənin dördüncü buraxılışı Azərbaycanlı gənclərin yaşıl innovasiyalara bağlılığını və yaradıcılığını nümayiş etdirdi, Avropa İttifaqının genişmiqyaslı "Planetimiz naminə" kampaniyasına töhfə verdi.
-
Sənət mübadiləsi və mədəni diplomatiyanın bir bayramı olaraq, Bakıda Ambassador Cultural Club-da “Azərbaycanlı rəssamların gözü ilə Macarıstan” layihəsinin üçüncü mərhələsi çərçivəsində Macarıstanın ənənələrindən və mədəni irsindən ilhamlanan rəsm əsərlərinin sərgisi təqdim edilib. Azərbaycan Respublikasındakı Macarıstan səfirliyi və müstəqil incəsənət platforması «Arts Council Azerbaijan» tərəfindən təşkil olunan bu təşəbbüs iki ölkə arasında sənət və mədəniyyət sahəsində əlaqələrin dərinləşməsinə töhfə verir.
-
Ahmet Güneştekin İstanbul Bələdiyyəsi Feshane Mədəniyyət Mərkəzinin 8 min kvadratmetrlik qapalı salonlarında açılan “İtmiş Əlifba” fərdi sərgisindən bir neçə gün sonra Turan İnformasiya Agentliyinin suallarını cavablandırdı. İstanbulun bələdiyyə sədri Ekrem İmamoğlunun açdığı sərgi 20 iyula qədər açıq olacaq.
Rəy yaz