Əliyev və Ruhani tarixi razılaşmalar əldə edildiyini bildiriblər. mehrnews.com
Əliyev və Ruhani tarixi razılaşmalar əldə edildiyini bildiriblər
Bakı/29.03.18/Turan: "Şimal-Cənub" nəqliyyat dəhlizi Şimali Avropanı Cənub-Şərqi-Asiya ilə birləşdirmək məqsədi daşıyır və Azərbaycan, İran və Rusiyanın dəmir yollarını birləşdirəcək. İlk mərhələdə dəhliz vasitəsilə ildə 5 milyon ton yük nəqli planlaşdırılır, gələcəkdə isə bu rəqəm 10 milyon tondan artıq olacaq. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü axşam İran prezidenti Həsən Ruhani ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
"Bu gün bir çox sənədlər imzalanmışdır, onların arasında iki sənədi xüsusilə qeyd etmək istərdim. Bunlar Xəzər dənizində birgə işləməyimizlə və Astara-Rəşt dəmir yolunun tikintisi ilə bağlı olan sənədlərdir. Bu sənədlər tarixi əhəmiyyət daşıyır. Çünki bu sənədlərin reallaşması nəticəsində həm Xəzər dənizində, həm nəqliyyat sahəsində bizim əməkdaşlığımız daha da yüksək pilləyə qalxacaq və eyni zamanda, bu, regional əməkdaşlığa da çox müsbət təsir göstərəcəkdir", deyə o bildirib.
Öz növbəsində, İran prezidenti də "Şimal-Cənub" dəhlizinin və Xəzərdə əməkdaşlığın, habelə bank və turizmin inkişafı sahəsində əməkdaşlığın əhəmiyyətini təsdiq edib. Qarabağ münaqişəsinə toxunan Ruhani problemin siyasi tədbirlərlə həll edilməsi zərurətini qeyd edib. " Bizim üçün əhəmiyyətlidir ki, ölkələrin ərazi bütövlüyü və bölgənin coğrafiyası dəyişməməlidir", deyə Ruhani qeyd edib.
Qeyd edək ki, tərəflər Xəzərdəki yataqların birgə işlənməsi haqqında sazişin təfsilatını açıqlamayıblar. Bu, ən əhəmiyyətli və həqiqətən tarixi məqamdır, çünki artıq iyirmi ildən çoxdur ki, Bakı və Tehran dənizdə bu və ya digər neft-qaz yatağının kimə məxsus olması, habelə dənizdə millə sərhədlər barədə mübahisə edirlər.
Bu məsələlər üzrə razılıq əldə olunması ciddi irəliləyiş və gərginliyin aradan qaldırılması deməkdir və nəinki regional əməkdaşlığa, həm də Cənub Qaz Dəhlizi və Trans-Xəzər Qaz Kəməri kimi layihələrə şərait yaradacaq.
Cümə axşamı səhər saatlarında Bakıda iki ölkə prezidentinin sədrliyi və iki ölkənin işgüzar dairələrinin iştirakı ilə Azərbaycan-İran biznes forumu açılıb. -02D-
-
- Mədəniyyət
- 29 Mart 2018 10:33
-
- İqtisadiyyat
- 29 Mart 2018 11:42
Siyasət
-
Dövlət başçısının 7 fevral tarixli sərəncamı ilə Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. Bundan əvvəl nazir müavini olub.
-
Rusiya prezidenti Vladimir Putin Azərbaycanın AZAL aviaşirkətinə məxsus təyyarənin qəzaya uğramasına dair bəyanatla çıxış etməyi planlaşdırmır. Bu barədə cümə günü Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
-
Bakıdakı "Rus Evi" ətrafında vəziyyət Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin ilə İlham Əliyev arasında müzakirə oluna bilər. Bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbətində bildirib.
-
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Bakıdakı "Rus evi"nin ünvanına ittihamları "absurd" adlandırıb. Fevralın 6-da brifinqdə o deyib ki, Moskva “feykləri” dərc edən KİV-lərin təkzib verməsini gözləyir.
Rəy yaz