Kinematoqrafçılar İttifaqı Milli Kino Gününü qeyd edib
Bakı/01.08.19/Turan: Avqustun 1-də Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) üzvləri yeni Kino Evində Milli Kino Gününü qeyd ediblər.
Yubilyarlar - quruluşçu-operator, rejissor Oqtay Əlizadə, yazıçı-dramaturq Əmir Pəhləvan və kinorəssam Elfira Hüseynova təbrik edilib.
Tədbir çərçivəsində illik kino mükafatları təqdim edilib. Bu il mükafata layiq görülənlər:
- kinorejissor Murad İbrahimbəyov - "İnsan" sənədli trilogiyasına görə;
- aktrisa Zülfiyyə Qurbanova - "Mövsümün sonu" filmində baş rolu psixoloji incəliklə ifa etdiyinə görə;
- kinorejissor Cahangir Zeynallı - milli kinematoqraf qarşısında xidmətlərinə görə;
- aktrisa Şükufə Yusupova - peşə ideallarına sadiqliyinə görə.
Avqustun 2-də Azərbaycan Kinematoqrafçılar İttifaqının rəsmi www.aki.az saytı işə salınacaq.
Portalda aşağıdakı bölmələr - "Təşkilat haqqında", "Fəaliyyət", "Xəbərlər", "Qalereya", "Əlaqə vasitələri", habelə 10-a yaxın alt bölmə var. Sayt Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir.
AKİ kino sənəti xadimlərini birləşdirən ictimai təşkilatdır. O, 11 yanvar 1963-cü il tarixində Kino İşçilərinin I Təsis Qurultayında yaradılıb. -02D-
-
- Siyasət
- 1 Avqust 2019 17:58
Mədəniyyət
-
Sənət mübadiləsi və mədəni diplomatiyanın bir bayramı olaraq, Bakıda Ambassador Cultural Club-da “Azərbaycanlı rəssamların gözü ilə Macarıstan” layihəsinin üçüncü mərhələsi çərçivəsində Macarıstanın ənənələrindən və mədəni irsindən ilhamlanan rəsm əsərlərinin sərgisi təqdim edilib. Azərbaycan Respublikasındakı Macarıstan səfirliyi və müstəqil incəsənət platforması «Arts Council Azerbaijan» tərəfindən təşkil olunan bu təşəbbüs iki ölkə arasında sənət və mədəniyyət sahəsində əlaqələrin dərinləşməsinə töhfə verir.
-
Ahmet Güneştekin İstanbul Bələdiyyəsi Feshane Mədəniyyət Mərkəzinin 8 min kvadratmetrlik qapalı salonlarında açılan “İtmiş Əlifba” fərdi sərgisindən bir neçə gün sonra Turan İnformasiya Agentliyinin suallarını cavablandırdı. İstanbulun bələdiyyə sədri Ekrem İmamoğlunun açdığı sərgi 20 iyula qədər açıq olacaq.
-
3 yanvar tarixində Bakıda, QGallery-də, gənc azərbaycanlı rəssam Samirə Allahverdiyevanın ilk fərdi sərgisi olan “Zamanın Salnaməsi”nin açılışı keçirildi. Onun karyerasında mühüm bir mərhələni qeyd edən bu sərgi, rəssamın doğum günü ilə üst-üstə düşərək tədbirə şəxsi bir rezonans qatdı.
-
Azərbaycan kinosunun çoxdan gözlənilən anı nəhayət gəlib çatdı. Yerli rejissorlar öz yeni əsərlərini təqdim edərək, animasiya, dram və uşaqlıq xəyalları ilə dolu bir qarışığı böyük ekranlara gətirdilər. Nurlan Həsənlinin Erkən Hisslər, Hacı Səfərovun Tərsinə Kölgələr və Məsud Pənahinin animasiya filmi Nərqız maraqla gözlənilən tamaşaçılar tərəfindən həm alqışla, həm də tənqidlə qarşılandı.
Rəy yaz