RF XİN Ermənistan-Azərbaycan sərhədində gərginlikdən narahatdır
Bakı/01.08.19/Turan: Moskva Ermənistan və Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən narahatdır, ölkələri təmkinli olmağa çağırır, bu barədə avqustun 1-də Moskvada keçirilən briifinqdə RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Azərbaycan və Ermənistan nümayəndələri ötən həftə sonu sərhəddə baş verən atışmalarda bir-birini ittiham edib, Yerevan həmçinin erməni hərbiçisinin həlak olduğunu bildirib.
"Biz həqiqətən Ermənistan-Azərbaycan sərhədində Ermənistan hərbi qulluqçusunun həlak olması, hər iki tərəfdən yaralıların olması ilə nəticələnən gərdinlikdən narahatıq", deyə RİA-Novosti Zaxarovadan sitat gətirir.
Onun sözlərinə görə, gərginliyin artması atəşkəs rejiminə riayət olunması haqqında bu yaxınlarda əldə edilmiş razılaşmalara və siyasi vasitələrlə nizamlanmaya nail olmaq niyyəti haqqında bəyanatlara ziddir.
"Biz gərginliyin davam etməsinin yolverilməz olduğunu düşünürük, qarşıdurma iştirakçılarını təmkinlilik nümayiş etdirməyə, güc tətbiqindən imtina etməyə, vəziyyətin sabitləşməsinə yönəlmiş tədbirlər görməyə çağırırıq", deyə Zaxarova əlavə edib. -02D-
-
- Maliyyə
- 1 Avqust 2019 17:14
-
- Mədəniyyət
- 1 Avqust 2019 19:19
Siyasət
-
ABŞ prezidenti Donald Tramp helikopter və təyyarənin toqquşmasından bir neçə saat sonra, Ağ Evdə ilk mətbuat konfransını keçirib.
-
Fəal Clalə Cavadov saxlanılıb. Onunla saat 16.00-dan əlaqə kəsilib.
-
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində birinci qrup əlil, iflic fəal Famil Xəlilovun məhkəmə prosesi davam edib. İclasın əvvəlində elan edilib ki, bu iş üzrə şahid iclasa gələ bilməyəcək, buna görə proses fevralın 6-na təxirə salınıb.
-
Yanvarın 30-da Bakı Apellyasiya Məhkəməsi “Meydan TV işi” üzrə həbs edilmiş jurnalist Aytac Tapdığın şikayətini təmin etməyib. Bu barədə Turan-a vəkil Cavad Cavadov bildirib.
Rəy yaz