- Mədəniyyət
- 7 Yanvar 2019, 16:03
- 108
�Məmməd Əmin Rəsulzadə. Qürbətdə Vətən davası. 1922-1943� kitabı nəşr olunub
Bakı/07.01.19/Turan: Aydın Balayevin "Məmməd Əmin Rəsulzadə. Qürbətdə Vətən davası. 1922-1943" kitabı "Pergament" Yayın Evi tərəfindən nəşr olunub.
Kitab son illərdə müxtəlif ölkələrin arxivlərində aşkarlanıb ilk dəfə elmi dövriyyəyə daxil edilmiş sənədlər əsasında milli dövlətçiliyin banisi Məmməd Əmin Rəsulzadənin 1922-1943-cü illərdə mühacirətdəki fəaliyyətinin tədqiqinə həsr olunub.
Əsərdə M.Ə.Rəsulzadənin həmin dönəmdə Azərbaycan və Qafqaz mühacirəti daxilində gedən proseslərdə iştirakı, onun mühacirətin birliyinə nail olunması istiqamətindəki fəaliyyəti, eləcə də sovet rejiminə qarşı barışmaz və davamlı mücadiləsinin müxtəlif məqamları yeni faktlar əsasında araşdırılaraq ilk dəfə Azərbaycan dilində oxuculara təqdim olunur.
Görkəmli diplomat, Cümhuriyyət və mühacirət tarixinin tanınmış tədqiqatçısı Ramiz Abutalıbovun təşəbbüsü və Rusiya azərbaycanlılarının federal milli-mədəni muxtariyyətinin Federal Şurasının üzvü Şaiq Məmmədovun dəstəyilə nəşr olunan kitabın elmi redaktoru Fransa Sosial Elmlər Ali Məktəbinin əməkdaşı, tarix elmləri doktoru Giorgi Mamulia, rəyçisi isə Egey Universitetinin professoru Yavuz Akpınardır. -16D-
-
- Cəmiyyət
- 7 Yanvar 2019 15:29
-
- Foto sessiyalar
- 7 Yanvar 2019 16:43
Mədəniyyət
-
Azərbaycan kinosunun çoxdan gözlənilən anı nəhayət gəlib çatdı. Yerli rejissorlar öz yeni əsərlərini təqdim edərək, animasiya, dram və uşaqlıq xəyalları ilə dolu bir qarışığı böyük ekranlara gətirdilər. Nurlan Həsənlinin Erkən Hisslər, Hacı Səfərovun Tərsinə Kölgələr və Məsud Pənahinin animasiya filmi Nərqız maraqla gözlənilən tamaşaçılar tərəfindən həm alqışla, həm də tənqidlə qarşılandı.
-
Tarixdə baş verən hadisələr sadəcə bir rəqəm, tarixi yaddaş olaraq qalmır. Bu hadisələr mədəni yaddaşda da dərin izlər buraxır. Xüsusən sənətçilər hadisələri öz hiss etdikləri, anladıqları formada əsərlərinə köçürdürlər. 20 Yanvar da mədəni yaddaşa köçmüş hadisələrdən biridir. Müasir dövr yaradıcılığında nisbətən az işlənən mövzu olsa da heç vaxt öz aktuallığını itirmir. Bu tarixi yaddaş necə göstərilməlidir? İncəsənətdə necə öz əksini tapır?
-
Yanvarın 16-da nüfuzlu Gazelli Art House Elnarə Nəsirlinin irimiqyaslı “Meşənin Pıçıltısı – Səsin Sehri” adlı sərgisinin ikinci qapalı təqdimatına yenidən qapılarını açdı. Azərbaycanlı rəssamın bu sərgisi müxtəlif ölkələrin diplomatları, səfirlik nümayəndələri və xüsusi dəvətli qonaqlar tərəfindən böyük maraqla qarşılandı. Tədbir sərginin mədəniyyətlərarası və ekoloji əhəmiyyətini bir daha vurğuladı.
-
Hər il yanvarın 13-də Litva xalqı 1991-ci ildə müstəqillik uğrunda həyatlarını qurban vermiş qəhrəmanlarını anaraq Azadlıq Müdafiəçiləri Gününü qeyd edir. Bu mühüm tarix, Litva tarixində azadlıq iradəsinin Sovet təzyiqləri üzərində qələbə çaldığı dönüş nöqtəsini simvolizə edir. Həmin gün 14 nəfər həlak oldu, yüzlərlə insan yaralandı, lakin azadlıq arzusu heç vaxt sarsılmadı. Azadlıq Müdafiəçiləri Günü, Litva xalqının keçmişinə nəzər saldığı və azadlığın həqiqi qiymətini dərk etdiyi bir gündür.
Rəy yaz