![�Molokanların ibadət evi� tarixi abidə statusunu alıb](https://turan.az/resized/media/2019/main/080300020692-750-500-resize.webp)
�Molokanların ibadət evi� tarixi abidə statusunu alıb
Bakı/03.08.19/Turan: Nazirlər Kabineti "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında 2001-ci il 2 avqust tarixli qərar"a dəyişikliklər edib.
Sənədə əsasə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına S.Rüstəm küçəsi, 10 ünvanında yerləşən ibadət evi (1913-cü ildə inşa edilib) və məscid (R.Rza küçəsi, 34 ilə H.Aslanov küçəsi, 85-in kəsişməsi) daxil edilib.
Qeyd edək ki, S. Rüstəm küçəsi, 10 ünvanında yerləşən və "Molokanların ibadət evi" kimi tanınan bina uzun illər baxımsız vəziyyətdə olub. 2019-cu ilin əvvəlində "Salaam Cinema Baku" qeyri-kommersiya kinoteatrı onu icarəyə götürüb.
Bina nizama salındıqdan sonra orada film nümayişləri və digər mədəni tədbirlər keçirilib. Lakin mayın əvvəlində binanın mülkiyyətçisi binanın söküləcəyini bildirərərək oranın boşaldılmasını tələb etmişdi.
Salaam Cinema Baku" qeyri-kommersiya kinoteatrının nümayəndələri və könüllülər binadan çıxmaqdan imtina ediblər, ictimaiyyəti memarlıq binasının sökülməsinə etiraz etməyə çağırıblar. Onlar obyektin müdafiəsinə qalxıblar, gecə-gündüz növbətçilik təşkil ediblər. Vətəndaş cəmiyyəti fəalları onları dəstəkləyib.
Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva binanın sökülməyəcəyini bəyan etdikdən sonra gərginlik səngiyib.
Binanın gələcək taleyi və ondan istifadə forması hələlik məlum deyil. Hazırda binanın ikinci mərtəbəsindən "Salaam Cinema Baku" istifadə edir.06D--
-
- Böyük Şərq
- 3 Avqust 2019 11:09
-
- Cəmiyyət
- 3 Avqust 2019 11:15
Mədəniyyət
-
Azərbaycanda elektron musiqi səhnəsi son illərdə canlansa da, bu sahədə qadın DJ-lərin sayı hələ də məhduddur. Musiqi sənayesində öz yerini tutmaq istəyən qadınlar təkcə texniki bacarıqları ilə deyil, həm də cəmiyyətin onlara biçdiyi rollarla və gender balanssızlığı ilə mübarizə aparmalı olurlar.
-
Dünyada dayanıqlılıq təşəbbüsləri sürətlə artarkən, Avropa İttifaqının "Yaşıl Gələcək 2025" müsabiqəsi Azərbaycanda gənc innovatorlar üçün ekoloji problemlərə biznes yönümlü həllər təqdim etməyə imkan yaradan bir platformaya çevrilib. Bakıda keçirilən bu müsabiqənin dördüncü buraxılışı Azərbaycanlı gənclərin yaşıl innovasiyalara bağlılığını və yaradıcılığını nümayiş etdirdi, Avropa İttifaqının genişmiqyaslı "Planetimiz naminə" kampaniyasına töhfə verdi.
-
Sənət mübadiləsi və mədəni diplomatiyanın bir bayramı olaraq, Bakıda Ambassador Cultural Club-da “Azərbaycanlı rəssamların gözü ilə Macarıstan” layihəsinin üçüncü mərhələsi çərçivəsində Macarıstanın ənənələrindən və mədəni irsindən ilhamlanan rəsm əsərlərinin sərgisi təqdim edilib. Azərbaycan Respublikasındakı Macarıstan səfirliyi və müstəqil incəsənət platforması «Arts Council Azerbaijan» tərəfindən təşkil olunan bu təşəbbüs iki ölkə arasında sənət və mədəniyyət sahəsində əlaqələrin dərinləşməsinə töhfə verir.
-
Ahmet Güneştekin İstanbul Bələdiyyəsi Feshane Mədəniyyət Mərkəzinin 8 min kvadratmetrlik qapalı salonlarında açılan “İtmiş Əlifba” fərdi sərgisindən bir neçə gün sonra Turan İnformasiya Agentliyinin suallarını cavablandırdı. İstanbulun bələdiyyə sədri Ekrem İmamoğlunun açdığı sərgi 20 iyula qədər açıq olacaq.
Rəy yaz