Ruslan İzzətli: "Son söz" kitabı siyasi məhbusların məhkəmə çıxışlarının toplusudur
Bakı/23.05.19/Turan: Mayın 23-də Müsavat Partiyasının qərargahında D18 Hərəkatının rəhbəri Ruslan İzzətlinin tərtib etdiyi "Son söz" kitabının təqdimatı olub.
Təqdimat mərasimində siyasi məhbus kimi tanınan şəxslər, onların ailə üzvləri, hüquq müdafiəçiləri iştirak ediblər.
Kitab son on ildə həbsdə olmuş siyasi məhbus kimi tanınan şəıxlərin məhkəmələrdə son sözlərini və onlar haqqında qısa məlumatları əhatə edir. Nəşrdə jurnalistlərin, blogerlərin, yazıçıların, vətəndaş cəmiyyəti nümayəndələrinin, siyasi şəxslərin, inanclı insanların, həbsxanada vəfat etmişlərin və həbsdən azad edildikdən sonra vəfat edən onlarla siyasi məhbusun çıxışı dərc edilib. Hazırda kitabın ingilis dilində nəşri çapa hazırlanır.
D18 Hərəkatının başqanı Ruslan İzzətli "Amerikanın səsi"nə müsahibəsində bildirib ki, siyasi məhbus kimi tanınan şəxslərin məhkəmə çıxışları ittihamların və məhkəmə hökmlərinin siyasi olmasından, ölkədə fundamental insan hüquqlarının, o cümlədən toplaşmaq, seçki, söz və media azadlığı hüquqlarının tapdanması, işgəncə və qeyri-insani rəftardan bəhs edir. -03C-
-
- Siyasət
- 23 May 2019 17:07
Mədəniyyət
-
Azərbaycanda elektron musiqi səhnəsi son illərdə canlansa da, bu sahədə qadın DJ-lərin sayı hələ də məhduddur. Musiqi sənayesində öz yerini tutmaq istəyən qadınlar təkcə texniki bacarıqları ilə deyil, həm də cəmiyyətin onlara biçdiyi rollarla və gender balanssızlığı ilə mübarizə aparmalı olurlar.
-
Dünyada dayanıqlılıq təşəbbüsləri sürətlə artarkən, Avropa İttifaqının "Yaşıl Gələcək 2025" müsabiqəsi Azərbaycanda gənc innovatorlar üçün ekoloji problemlərə biznes yönümlü həllər təqdim etməyə imkan yaradan bir platformaya çevrilib. Bakıda keçirilən bu müsabiqənin dördüncü buraxılışı Azərbaycanlı gənclərin yaşıl innovasiyalara bağlılığını və yaradıcılığını nümayiş etdirdi, Avropa İttifaqının genişmiqyaslı "Planetimiz naminə" kampaniyasına töhfə verdi.
-
Sənət mübadiləsi və mədəni diplomatiyanın bir bayramı olaraq, Bakıda Ambassador Cultural Club-da “Azərbaycanlı rəssamların gözü ilə Macarıstan” layihəsinin üçüncü mərhələsi çərçivəsində Macarıstanın ənənələrindən və mədəni irsindən ilhamlanan rəsm əsərlərinin sərgisi təqdim edilib. Azərbaycan Respublikasındakı Macarıstan səfirliyi və müstəqil incəsənət platforması «Arts Council Azerbaijan» tərəfindən təşkil olunan bu təşəbbüs iki ölkə arasında sənət və mədəniyyət sahəsində əlaqələrin dərinləşməsinə töhfə verir.
-
Ahmet Güneştekin İstanbul Bələdiyyəsi Feshane Mədəniyyət Mərkəzinin 8 min kvadratmetrlik qapalı salonlarında açılan “İtmiş Əlifba” fərdi sərgisindən bir neçə gün sonra Turan İnformasiya Agentliyinin suallarını cavablandırdı. İstanbulun bələdiyyə sədri Ekrem İmamoğlunun açdığı sərgi 20 iyula qədər açıq olacaq.
Rəy yaz