Tarixçi alim, Cəmil Həsənlinin ABŞ-da yeni kitabı işıq üzü görüb.
Bakı/05.06.17/Turan: ABŞ-ın nüfuzlu YUTA press universitet Cəmil Həsənlinin "Azərbaycanın sovetləşdirilməsi" adlı yeni araşdırmasını kütləvi tirajla nəşr edib.
"Cənubi Qafqaz ölkələri Rusiya, İran, Türkiyə üçbucağında. 1920-1922-ci illər" seriyasından olan bu monoqrafiyada göstərilən dövrdə mürəkkəb tarixi şəraitdə regionda cərəyan edən gərgin hadisələrdən bəhs olunur. Birinci Dünya müharibəsi və Rusiyada çarizmin çöküşündən sonra Azərbaycanın əldə etdiyi istiqlalı möhkəmləndirmək cəhdləri və Moskvanın bu müstəqilliyə təcavüzü, Qafqazı işğal edərək sovetləşdirməsi C.Həsənlinin yeni monoqrafiyasının əsasını təşkil edir.
Kitabda Azərbaycanın sovetləşdirilməsi zamanı bolşeviklərin törətdiyi kütləvi qırğınlar, milli düşüncənin, xalqın dəyərlərinin amansızlıqla məhv edilməsi konkret faktlarla təsvir olunub. Burada həmin illərdə Nəriman Nərimanovun zəfər və faciəsinin maraqlı tarixçəsinə də yer ayrılıb.
Kitabda həmçinin ötən əsrin 20-ci illərində Qarabağ, Zəngəzur və Naxçıvan haqqında Moskvanın məkrli planları, Azərbaycan ərazilərini Ermənistana vermək cəhdləri, habelə rus-türk, erməni-türk münasibətləri haqqında Amerika oxucularına, ingilis dilli dünyaya geniş məlumat verilib.-0-
Mədəniyyət
-
Dünyada dayanıqlılıq təşəbbüsləri sürətlə artarkən, Avropa İttifaqının "Yaşıl Gələcək 2025" müsabiqəsi Azərbaycanda gənc innovatorlar üçün ekoloji problemlərə biznes yönümlü həllər təqdim etməyə imkan yaradan bir platformaya çevrilib. Bakıda keçirilən bu müsabiqənin dördüncü buraxılışı Azərbaycanlı gənclərin yaşıl innovasiyalara bağlılığını və yaradıcılığını nümayiş etdirdi, Avropa İttifaqının genişmiqyaslı "Planetimiz naminə" kampaniyasına töhfə verdi.
-
Sənət mübadiləsi və mədəni diplomatiyanın bir bayramı olaraq, Bakıda Ambassador Cultural Club-da “Azərbaycanlı rəssamların gözü ilə Macarıstan” layihəsinin üçüncü mərhələsi çərçivəsində Macarıstanın ənənələrindən və mədəni irsindən ilhamlanan rəsm əsərlərinin sərgisi təqdim edilib. Azərbaycan Respublikasındakı Macarıstan səfirliyi və müstəqil incəsənət platforması «Arts Council Azerbaijan» tərəfindən təşkil olunan bu təşəbbüs iki ölkə arasında sənət və mədəniyyət sahəsində əlaqələrin dərinləşməsinə töhfə verir.
-
Ahmet Güneştekin İstanbul Bələdiyyəsi Feshane Mədəniyyət Mərkəzinin 8 min kvadratmetrlik qapalı salonlarında açılan “İtmiş Əlifba” fərdi sərgisindən bir neçə gün sonra Turan İnformasiya Agentliyinin suallarını cavablandırdı. İstanbulun bələdiyyə sədri Ekrem İmamoğlunun açdığı sərgi 20 iyula qədər açıq olacaq.
-
3 yanvar tarixində Bakıda, QGallery-də, gənc azərbaycanlı rəssam Samirə Allahverdiyevanın ilk fərdi sərgisi olan “Zamanın Salnaməsi”nin açılışı keçirildi. Onun karyerasında mühüm bir mərhələni qeyd edən bu sərgi, rəssamın doğum günü ilə üst-üstə düşərək tədbirə şəxsi bir rezonans qatdı.
Rəy yaz