Təhsil əməkdaşlığı ilə bağlı müzakirələr
“British Council-Azərbaycan” 2016-cı il oktyabrın 24-də Hilton otelində Birləşmiş Krallıq və Azərbaycanın ali təhsil müəssisələrinin arasında əməkdaşlığa dair tədbir həyata keçirib. Xəbəri “British Council-Azərbaycan” yayıb.
Tədbirin keçirilməsində əsas məqsəd Birləşmiş Krallıq və Azərbaycanın ali təhsil müəssisələrinin nümayəndələrini bir yerə toplayaraq əməkdaşlıq imkanlarını müzakirə etmək, ortaq maraqları öyrənmək və gələcək əməkdaşlığın qurulması məqsədilə əlaqə məlumatlarının mübadiləsi üçün imkan yaratmaqdır.
Birləşmiş Krallıq və Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin qurulması üçün imkanların yaradılması British Council Azərbaycan təşkilatının əsas prioritet istiqamətlərindən biridir: “Bu əməkdaşlıq tələbə-mübadilə proqramları, iki dərəcəli proqramlar, müəllim təlimi, kurrikulumun inkişafı və digər sahələrdə gələcək əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanlar açacaq”. 2016-cı il oktyabarın 24-də Birləşmiş Krallıqda Təhsil Sərgisində iştirak edən Birləşmiş Krallığın universitet nümayəndələri bir gün də əlavə qalaraq, Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin qurulmasına həsr olunan bu tədbirdə iştirak etmək üçün dəvət ediliblər.
Tədbirin rəsmi açılışı media nümayəndələrinin iştirakı ilə oktyabrın 24-də keçirilib. Tədbirdə iştirak edən Birləşmiş Krallığın Universitetləri Azərbaycandan olan universitet nümayəndələri üçün qısa təqdimatlar keçiriblər. -0-
-
- İqtisadiyyat
- 24 Oktyabr 2016 17:27
-
- Cəmiyyət
- 24 Oktyabr 2016 17:50
Mədəniyyət
-
Dünyada dayanıqlılıq təşəbbüsləri sürətlə artarkən, Avropa İttifaqının "Yaşıl Gələcək 2025" müsabiqəsi Azərbaycanda gənc innovatorlar üçün ekoloji problemlərə biznes yönümlü həllər təqdim etməyə imkan yaradan bir platformaya çevrilib. Bakıda keçirilən bu müsabiqənin dördüncü buraxılışı Azərbaycanlı gənclərin yaşıl innovasiyalara bağlılığını və yaradıcılığını nümayiş etdirdi, Avropa İttifaqının genişmiqyaslı "Planetimiz naminə" kampaniyasına töhfə verdi.
-
Sənət mübadiləsi və mədəni diplomatiyanın bir bayramı olaraq, Bakıda Ambassador Cultural Club-da “Azərbaycanlı rəssamların gözü ilə Macarıstan” layihəsinin üçüncü mərhələsi çərçivəsində Macarıstanın ənənələrindən və mədəni irsindən ilhamlanan rəsm əsərlərinin sərgisi təqdim edilib. Azərbaycan Respublikasındakı Macarıstan səfirliyi və müstəqil incəsənət platforması «Arts Council Azerbaijan» tərəfindən təşkil olunan bu təşəbbüs iki ölkə arasında sənət və mədəniyyət sahəsində əlaqələrin dərinləşməsinə töhfə verir.
-
Ahmet Güneştekin İstanbul Bələdiyyəsi Feshane Mədəniyyət Mərkəzinin 8 min kvadratmetrlik qapalı salonlarında açılan “İtmiş Əlifba” fərdi sərgisindən bir neçə gün sonra Turan İnformasiya Agentliyinin suallarını cavablandırdı. İstanbulun bələdiyyə sədri Ekrem İmamoğlunun açdığı sərgi 20 iyula qədər açıq olacaq.
-
3 yanvar tarixində Bakıda, QGallery-də, gənc azərbaycanlı rəssam Samirə Allahverdiyevanın ilk fərdi sərgisi olan “Zamanın Salnaməsi”nin açılışı keçirildi. Onun karyerasında mühüm bir mərhələni qeyd edən bu sərgi, rəssamın doğum günü ilə üst-üstə düşərək tədbirə şəxsi bir rezonans qatdı.
Rəy yaz