Könüllülük fəaliyyətinə hazırlıq «dərsləri»
Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Qadınların Hüquqlarını Müdafiə Cəmiyyəti sosial xidmət, könüllülük, sosial xidmət sahələrində xidmət haqqında qanunlarla bağlı məlumatlandırma və bilgilərin genişləndirilməsi layihəsini həyata keçirir.
Layihənin Bakı şəhərində, Masallı və Balakən rayonlarında 5 (beş) ay müddətində həyata keçirilməsi nəzərdə tutulub. Layihənin məqsədi, QHT-lərə könüllü fəaliyyətin təşkilatçısı olmalarına kömək etməklə, sosial xidmət sahələrində könüllü fəaliyyətin genişlənməsinə təşəbbüsdür. Layihənin icrası müddətində maarifləndirici seminar- treninqlər ( tədbirlər) həyata keçiriləcək.
Layihə çərçivəsində könüllülük tarixi, könüllülük fəaliyyətinin məqsədi, formaları, sahələri, sferaları və xüsusiyyətləri haqda bilgilər veriləcək. Bundan əlavə, QHT-lərin dövlət tender və müsabiqələrində iştirakı qaydaları barədə bilgilər verilməsi və s. nəzərdə tutulur.
Layihə çərçivəsində 240 nəfər tələbə gənclər və QHT nümayəndələri “Könüllü fəaliyyət haqqında”, “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunları haqda məlumatlarını artıracaqlar.
400 nəfər üzvü olan xeyriyyəçiliklə məşğul olan “Kimsəsizlərə bir kimsə” təşəbbüs qrupunun fəal üzvləri rəsmi qeydiyyatdan sonra öz üzvləri ilə qanun çərçivəsində könüllü fəaliyyətə (sosial xidmət sahələrində) hazır olacaqlar.
Tədbir iştirakçısı olan QHT-lər, “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun dövlət sifarişləri almaq üçün maariflənəcəklər.
QHT-lər könüllü fəaliyyətin təşkilatçısı qismində çıxış etmək yollarını öyrənəcəklər.
Tədbir iştirakçılarının alacaqları sertifikat onların könüllü fəaliyyətlə məşğul olmalarına zəmin yaradacaqdır. -0-
-
- Mədəniyyət
- 24 Oktyabr 2016 17:43
-
- Cəmiyyət
- 24 Oktyabr 2016 18:22
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz