Şahidlər istintaq zamanı ifadə vermədiklərini bildiriblər
Oktyabrın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, “Müsəlman Birliyi” Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadə və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Hakim Əlövsət Abbasovun sədrlik etdiyi iclasda çıxış edən təqsirləndirilən şəxs Cabbar Cabbarov onlara Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncə verən və Mehriban Əliyevaya söyüş söyən polis əməkdaşları barədə vəsatət verib. O bildirib ki, 4 aydır davam edən proses zamanı dəfələrlə bu barədə danışsalar da, hər hansı tədbir görülməyib.
“Biz hər zaman demişik ki, “Bandotdel”də bizə işgəncə verən Kərim Əlimərdanov, İbrahim Kazımov Mehriban Əliyevaya söyüş söyüblər. Mən vəsatət verirəm ki, həmin şəxslərin barəsində tədbir görəsiniz. Əgər bundan imtina etsəniz, İlham Əliyevə məktub yazacağam ki, onun xanımına söyüş söyülməsi məsələsi ört-basdır edilir. Siz bizə edilən işgəncələri araşdırmırsınız, heç olmasa bunu araşdırın”, - deyə, Cabbar Cabbarov bildirib.
Hakim isə deyib ki, bununla bağlı hazırda hər hansı qərar verə bilməzlər. O, məhkəmənin sonunda bu məsələyə münasibət bildirəcəklərini deyib.
Daha sonra hakim vəkillər tərəfindən verilən vəsatətə münasibət bildirib. Ə. Abbasov polis əməkdaşı İbrahim Kazımovun yenidən dindirilməsi ilə bağlı verilən vəsatəti təmin etməyib.
İclasda şahid qismində Sabunçu rayon Polis İdarəsinin əməkdaşı Fərid Səlimov və Samir Əzimov ifadə veriblər.
Onlar istintaq zamanı ifadə vermədiklərini, sadəcə yazılanı imzaladıqlarını deyiblər. Taleh Bağırzadə deyib ki, həmin şəxsləri aldadıb ifadəni imzalatdırıblar. Vəkillər onların şahidlik statusuna xitam verilməsi barədə vəsatət veriblər. Lakin məhkəmə vəsatəti baxılmamış saxlayıb.
Daha sonra fasilə elan edilib.
Fasilədən sonra hakim deyib ki, iclasa çağrılan şahidlər gəlmədikləri üçün onların barəsində məcburi gətirilmə haqqında qərar qəbul edilib.
Proses oktyabrın 26-na təxirə salınıb. -36B-
-
- Cəmiyyət
- 24 Oktyabr 2016 17:50
-
- İqtisadiyyat
- 24 Oktyabr 2016 20:01
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz