2018-ci ildə 2017-ci ildəkindən daha çox jurnalist öldürülüb
Paris/11.10.18/Turan: 2018-ci ilin 9 ayı ərzində dünyada 56 jurnalist həlak olub. Bu, 2017-ci il ərzində öldürülən bütün jurnalistlərin sayından (55) çoxdur. Bu barədə "Sərhədsiz Reportyorlar" beynəlxalq mətbuatı müdafiə təşkilatının bəyanatında deyilir.
Onların yarısından çoxu hərbi münaqişə zonalarında - Əfqanıstanda (13), Yəməndə (5), ABŞ-da (6) və Meksikada (6) həlak olub.
Jurnalistlərin müdafiəsi üçün təcili tədbirlər görülməlidir. "Sərhədsiz Reportyorlar"ın baş katibi Kristof Delor BMT baş katibinin jurnalistlərin təhlükəsizlik məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsinin təsis edilməsini zəruri hesab edir. -02D-
Siyasət
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb.
-
Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalifətçi siyasətçi Tofiq Yaqublunun işi üzrə prosesdə sənədlərin araşdırılması davam edib.
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Strasburqda Avropa Sarayında Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında "Azərbaycanda insan hüquqları sahəsində narahatlıq doğuran böhrana” həsr olunmuş "paralel tədbir" keçirilib.
Rəy yaz