2019-cu ildə 13500 nəfər Azərbaycan vətəndaşı Rusiya vətəndaşlığını alıb
Москва/23.01.20/Turan: 2019-cu ildə 13500 nəfər Azərbaycan vətəndaşı Rusiya vətəndaşlığını alıb, RF DİN-in saytındakı məlumatda bildirilir.
Eyni zamanda 24000 nəfər Ermənistan vətəndaşı və 2500 nəfər Gürcüstan vətəndaşı Rusiya pasportunu alıb.
Ümumilikdə, 2019-cu ildə 498000 əcnəbi Rusiya vətəndaşlığını alıb ki, bu da bir il öncə olduğundan 80% çoxdur. Onların böyük əksəriyyəti ukraynalılardır.
Rusiya ölkə pasportlarını ukraynalılara verirkən onlardan Ukrayna vətəndaşlığından imtina etməyi tələb etmir.
Ukraynalılardan sonra Rusiya pasportunu alanların sayına görə ikinci yerdə qazaxlar (50,5 min nəfər), sonra taciklər (45 min) və ermənilərdir.
Qeyd edək ki, son illər Rusiya keçmiş SSRİ respublikalarından olanların vətəndaşlıq alması prosedurunu müntəzəm olaraq asanlaşdırır.-02D-
Siyasət
-
Fevralın 4-də Bakı Apellyasiya Məhkəməsi rusiyalı keçmiş hakim, Rusiya Prokurorluğunun vəsatətilə Azərbaycanda həbs edilmiş Yelena Xaxalevanı həbsdən azad edib.
-
Fevralın 4-də vəkil Zibeydə Sadıqova 1saylı Bakı İstintaq Təcridxanasında “Meydan” TV” işi üzrə həbs olunmuş müxbir Natiq Cavadlı ilə görüşüb.
-
Çərşənbə axşamı ABŞ prezidenti Donald Tramp ilk beynəlxalq qonağını - İsrailin baş naziri Binyamin Netanyahunu Ağ Evdə qarşılayıb.
-
Jurnalist Şəmşad Ağa gecə saatlarında polis tərəfindən saxlanılıb. Bu barədə jurnalistin qardaşı Şahid Ağayev Amerikanın Səsinə bildirib.
Rəy yaz