Procter and Gamble Bakıda regional mərkəz açır
Bakı/23.01.20/Turan: Prezident İlham Əliyevin Davosda Procter və Gamble Europe şirkətinin rəhbəri Loik Tassel ilə görüşündə şirkətin Bakıda regional mərkəz açması barədə razılıq əldə olunub.
Loik Tasselin sözlərinə görə, Procter və Gamble Europe Orta Asiyada və Yaxın Şərqdə fəaliyyətini genişləndirmək niyyətindədir, regional mərkəz kimi Bakını seçib.
Tərəflər ümidvar olduqlarını bildiriblər ki, ölkədə aparılan islahatlar və Azərbaycanda yaradılan biznes mühiti şirkətin regionda öz fəaliyyətini genişləndirməsinə yardım göstərəcək. -02D-
Siyasət
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
-
Fevralın 4-də Bakı Apellyasiya Məhkəməsi rusiyalı keçmiş hakim, Rusiya Prokurorluğunun vəsatətilə Azərbaycanda həbs edilmiş Yelena Xaxalevanı həbsdən azad edib.
-
Azərbaycanın “Azel” TV saytının rəhbəri, fevralın 2-dən Tbilisi İstintaq Təcridxanasında quru aclıq edən Əfqan Sadıqov çərşənbə axşamı huşunu itirib. Bu barədə Turan-a onun xanımı Sevinc Sadıqova bildirib.
-
Fevralın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş diplomat Emin İbrahimovun işi üzrə hazırlıq iclası olub. İclasa hakim Vuqar İbrahimov sədrlik edib. Mahiyyəti üzrə dinləmələr fevralın 12-nə təyin edilib.
Rəy yaz