“Gununsesi.info” saytının Rabitə Nazirliyinə qarşı iddiası üzrə məhkəmədə
Bakı/23.01.20/Turan: Yanvarın 23-də Bakı İnzibati Məhkəməsndə hakim Mehriban Qarayevanın sədrliyilə “Gununsesi.info” saytının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı iddiasına baxılmasına başlanılıb.
2018-ci ilin iyulunda Gəncə hadisələrindən sonra Baş Prokurorluq “bastainfo.com”, “criminalaz.com”, “topxeber.az” və “fia.az” saytlarına girişin məhdudlaşdırılması xahişilə Rabitə Nazirliyinə müraciət etmişdi.
“Gununsesi.info” saytının baş rəhbəri Pərviz Həşimli Turan-a bildirib ki, onun saytı məhkəmə saytı olmadan bloklanıb. Həmçinin deyib ki, 2018-ci ildə nazir müavini Elmir Vəlizadənin imzaladığı məktubu alıb və məktubda bildirilib ki, bu qurum “Gununsesi.info” saytını bloklamayıb.
“Ancaq bugünkü prosesdə Rabitə Nazirliyinin nümayəndəsi bildirib ki, sayt baş prokuror Zakir Qaralovun rabitə naziri Ramin Quluzadəyə ünvanladığı 13 iyul 2018-ci il tarixli məktub əsasında bloklanıb”, -P.Həşimli deyib.
Digər ciddi qanun pozuntusu “Azertelekom” provayderi tərəfindən “Gununsesi” saytına “org” domeni vasitəsilə girişi məhdudlaşdırılması olub.
Rabitə Nazirliyinin nümayəndəsi bildirib ki, sözügedən provayderin onlara aidiyyatı yoxdur. Lakin məhkəmə “Gununsesi” saytına “org” domeni vasitəsilə girişin məhdudlaşdırılmasının səbəblərinin araşdırılması barədə vəsatəti təmin edib və dinləmələri qeyri-müəyyən müddətə təxirə salıb.–03D06-
-
- Makroiqtisadiyyat
- 23 Yanvar 2020 15:46
-
- Siyasət
- 23 Yanvar 2020 17:16
Cəmiyyət
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
-
Azərbaycanda yaxın günlərdə temperaturun kəskin enməsi və ölkə ərazisində fırtınalı, yağıntılı hava şəraitinin müşahidə olunacağı gözlənilir. Milli Hidrometeorologiya Xidməti bazar ertəsi bildirib ki, bəzi ərazilərdə intensiv yağıntılar, dağlıq və dağətəyi rayonlarda qar yağışı, yolların buz bağlaması və güclü külək proqnozlaşdırılır.
Rəy yaz