Vedant Patel
ABŞ Putinin Qərbin sanksiyalarının ərzaq çatışmazlığına gətirib çıxardığı haqqında ittihamlarını təkzib edib
Vaşinqton/08.09.22/Turan: Çərşənbə günü ABŞ Dövlət Departamenti Rusiya prezidenti Vladimir Putinin Qərbin ünvanına səsləndirdiyi ittihamları qəti şəkildə təkzib edib.
Vladivostokda Şərq İqtisadi Forumunun iclasında çıxış edən Kreml lideri Qara dəniz vasitəsilə Ukrayna taxılının ixracını məhdudlaşdırmaqla hədələyib, yanlış olaraq "Ukrayna taxılının böyük hissəsinin inkişaf etməkdə olan ölkələrə deyil, Avropa İttifaqına getdiyini" bəyan edib. O, həmçinin ərzaq məhsullarının qiymətlərinin artmasının Qərbin sanksiyalarının nəticəsi olduğunu iddia edib.
Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel Turan-ın müxbirinin xahişi ilə bu bəyanatları şərh edərkən belə deyib: "Qaradəniz taxıl təşəbbüsü dünyanın aclıqdan əziyyət çəkən əhalisinin son dərəcə ehtiyac duyduğu qida ilə təmin edilməsi üzrə humanitar tədbirdir. ABŞ-ın sanksiyalarının aclığa səbəb olduğu haqqında istənilən iddialar həqiqətə uyğun deyil. Əslində ABŞ-ın sanksiyalarında həmişə ərzaq məhsulları və gübrələr üçün dəqiq istisnalar olub və bizim sanksiyalarımız heç vaxt humanitar yardıma qarşı yönəlməyib", deyə Patel bildirib.
"Rusiya Black Grain Sea təşəbbüsü çərçivəsində öz öhdəliklərini yerinə yetirməyə davam etməlidir", deyə o əlavə edib. 0
-
- Böyük Şərq
- 8 Sentyabr 2022 11:24
-
- Siyasət
- 8 Sentyabr 2022 11:31
Siyasət
-
Demokratik Qüvvələrin Milli Şurası tərəfindən tərtib edildiyi iddia edilən saxta sənəd ətrafında qalmaqal 2013-cü ildə Azərbaycanda keçirilmiş prezident seçkilərində siyasi müdaxilə və manevrlərlə bağlı suallar doğurub.
-
Fransa Xarici İşlər Naziri Jan-Noel Barro şənbə günü Azərbaycanı Yeni Kaledoniya və digər Fransız dənizaşırı ərazilərində vəziyyəti qeyri-sabitləşdirməyə cəhd etməkdə ittiham edib. Sosial media platforması X-də etdiyi açıqlamada Barro bildirib: "Bakı qrupu bir daha Yeni Kaledoniyada milli siyasi həyatımızı qeyri-sabitləşdirməyə çalışıb. Azərbaycanın dənizaşırı ərazilərimizdəki bu mənasız cəhdləri qəbuledilməzdir və dərhal dayandırılmalıdır."
-
Azərbaycanın müdafiə nazirinin müavini və Quru Qoşunlarının komandanı, polkovnik-general Hikmət Mirzəyev Türkiyəyə rəsmi səfəri çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Metin Gürak ilə görüşüb.
-
Bakı-Moskva münasibətlərində AZALın təyyarə qəzasından sonra başlayan soyuqluq, deyəsən, güclənir. Bakı getdikcə tez-tez Moskvaya təyyarənin qəzaya uğramasının və vətəndaşlarının həlak olmasının üstünü örtməyə imkan verməyəcəyini göstərir.
Rəy yaz