Açiq mənbələrdən foto.
Kəlbəcər və Tovuzla sərhəddə atışma
Bakı/08.09.22/Turan: Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Subatan və Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərindəki mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu və Tovuz rayonunun Ağdam yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.
Azərbaycan Ordusunun adı çəkilən istiqamətlərdə yerləşən mövqelərinin sentyabrın 7-si saat 21-dən, sentyabrın 8-i saat 04-ə kimi fasilələrlə atəşə tutulduğu bildirilir.
Məlumata görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.--05D--
-
- Maliyyə
- 8 Sentyabr 2022 12:06
Siyasət
-
Azərbaycanın müdafiə nazirinin müavini və Quru Qoşunlarının komandanı, polkovnik-general Hikmət Mirzəyev Türkiyəyə rəsmi səfəri çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Metin Gürak ilə görüşüb.
-
Bakı-Moskva münasibətlərində AZALın təyyarə qəzasından sonra başlayan soyuqluq, deyəsən, güclənir. Bakı getdikcə tez-tez Moskvaya təyyarənin qəzaya uğramasının və vətəndaşlarının həlak olmasının üstünü örtməyə imkan verməyəcəyini göstərir.
-
ABŞ Dövlət katibi Marko Rubio cümə günü əksər mövcud xarici yardım qrantlarının 90 gün müddətinə dayandırılmasını əmr edən göstəriş imzalayıb. Bu qərar Dövlət Departamenti rəsmilərini şoka salıb və Politico-nun məlumatına görə, Ukraynaya hərbi yardımın maliyyələşdirilməsini hədəfə alıb.
-
İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb, bu barədə Azərbaycan XİN-in yanvarın 25-də yaydığı məlumatda bildirilir.
Rəy yaz