ABŞ səfiri Şəhidlər Xiyabanına gedib
Bakı/21.12.23/Turan: ABŞ-ın Azərbaycana yeni təyin edimiş səfiri Mark Libbi dekabrın 20-də Bakıda Şəhidlər Xiyabanını ziyarət edib.
« Mark Libbi Şəhidlər Xiyabanına gedərək ehtiramını bildirib. O, münaqişə nəticəsində yaxınlarını itirən ailələrə və onların yaxınlarına başsağlığı verir”, - ABŞ səfirliyi X platformasında bildirib.
Dekabrın 2-də səfir Mark Libbi Bakıya gəlib. Dekabrın 15-də o, etimadnaməsini Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova təqdim edib. Hələlik dövlət başçısı Mark Libbini qəbul etməyib.-03-
Rəy yaz