ABŞ Səfirliyi sağlamlıq məhdudiyyətləri olan uşaqlar üzrə ekspert mühazirələri təşkil edir
Bak/28.02.19/Turan: Martın 1və 5-də Corctaun Universitetinin Professoru və inkişafında məhdudiyyətləri və xüsusi tibb yardımına ehtiyacı olan uşaqlara yardım sahəsində çalışan tanınmış ekspert doctor Tobi Lonq inkluziv təhsil və davranma məsələlərinə dair muhazirələrlə çixiş edəcək.
Mühazirələr martın 1-də Azərbaycan Dillər Universitetində yerləşən Amerika Mərkəzində və martın 5-də isə Landmark Rotunda Holda keçiriləcək.
Mühazirələr təhsil sahəsində çalışan mütəxəssislər, psixoloqlar, aspirantlar, pediatorlar və məhdudiyyətləri olan uşaqlarla işləyən şəxslər üçün açıqdır.
Daha ətraflı məlumatı ABŞ Səfirliyinin Feysbuk səhifəsindən əldə etmək olar.(https://www.facebook.com/114366571914596/posts/2696904456994115/)
Tobi Lonq Corctaun Universitetinin pediatriya fakultəsinin professorudur. O, həmçinin sözügedən universitetin İnkişaf Məhdudiyyətləri Məsələləri üzrə direktorudu. -0-
Siyasət
-
ABŞ prezidenti Donald Tramp helikopter və təyyarənin toqquşmasından bir neçə saat sonra, Ağ Evdə ilk mətbuat konfransını keçirib.
-
Fəal Clalə Cavadov saxlanılıb. Onunla saat 16.00-dan əlaqə kəsilib.
-
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində birinci qrup əlil, iflic fəal Famil Xəlilovun məhkəmə prosesi davam edib. İclasın əvvəlində elan edilib ki, bu iş üzrə şahid iclasa gələ bilməyəcək, buna görə proses fevralın 6-na təxirə salınıb.
-
Yanvarın 30-da Bakı Apellyasiya Məhkəməsi “Meydan TV işi” üzrə həbs edilmiş jurnalist Aytac Tapdığın şikayətini təmin etməyib. Bu barədə Turan-a vəkil Cavad Cavadov bildirib.
Rəy yaz