Moskvada talış separatçı Fəxrəddin Abbasov yoxa çıxıb
Bakı/01.03.19/Turan: Fevralın 27-də Moskva vilayətinin Lyubertsı şəhərinin istintaq təcridxanasından Azərbaycan hakimiyyəti tərəfindən axtarışda olan talış separatçı hərəkatının fəalı Fəxrəddin Abbasov yoxa çıxıb.
Amnesty İnternational-ın məlumatına görə, fevralın 27-də hüquq-mühafizə orqanlarının hansısa əməkdaşları istintaq təcridxanasına gəliblər və Baş Prokurorluğun Abbasovu azad etmək barədə rəsmi məktubunu təqdim ediblər. Onlar müxalifətçini özləri ilə aparıblar. Bu zaman onun şəxsi əşyaları təcridxanada qalıb.
Fevralın 28-də saat 15:00-da Abbasovun işi üzrə məhkəmə iclası keçirilməl idi. Məhkəmə onun yoxa çıxması ilə əlaqədar iclası martın 18-nə təxirə salıb. Hazırda Abbasovun harada olduğu məlum deyil, deyə Amnesty İnternational-ın məlumatında bildirilir.
Hüquq müdafiəçiləri hesab edirlər ki, Abbasov Azərbaycana təhvil verilmiş ola bilər.
Fəxrəddin Abbasovun kimliyinə gəlincə, o, talış separatçı hərəkatının liderlərindən biridir.
Uzun illər Moskvada yaşayıb, 2018-ci il sentyabrın 6-da Lyubertsıda Azərbaycan hakimiyyətinin sorğusu əsasında saxlanılıb. O, "xarici təşkilatların və ya onların nümayəndələrinin tapşırığı ilə konstitusiya quruluşunu zorla dəyişdirmək çağırışlarında" (Azərbaycan Cinayət Məcəlləsinin 281.2 və 283.1-ci maddələri) ittiham olunur.
Abbasov Əlikram Hümmətovun - qondarma Talış-Muğan Respublikasının liderinin silahdaşıdır.
Rəsmi Bakı hələlik Abbasovun Azərbaycana ekstradisiyası ehtimalı haqqında məlumatı şərh etmir.
Tarixçi Fəxrəddin Abbasov 1981-1995-ci illərdə BDU-da dərs deyib, 1993-1995-ci illərdə "Tolışi Sədo" qəzetinin redaktoru olub.
1993-cü ildə Azərbaycanda hərbi-siyasi böhran zamanı Abbasov talış separatizminin liderlərindən biri olub, Azərbaycanın cənubunda elan edilmiş Talış-Muğan Respublikasının parlament sədri vəzifəsini tutub.
1995-ci ildə Rusiyaya köçüb, burada "Tolış" qəzetini dərc edib. 2005-ci ilin mayında Ermənistanda talışların problemi ilə bağlı beynəlxalq konfransda iştirak edib.
Azərbaycanda konfrans separatizmə dəstək kimi qiymətləndirilib. -02D-
Siyasət
-
ABŞ prezidenti Donald Tramp helikopter və təyyarənin toqquşmasından bir neçə saat sonra, Ağ Evdə ilk mətbuat konfransını keçirib.
-
Fəal Clalə Cavadov saxlanılıb. Onunla saat 16.00-dan əlaqə kəsilib.
-
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində birinci qrup əlil, iflic fəal Famil Xəlilovun məhkəmə prosesi davam edib. İclasın əvvəlində elan edilib ki, bu iş üzrə şahid iclasa gələ bilməyəcək, buna görə proses fevralın 6-na təxirə salınıb.
-
Yanvarın 30-da Bakı Apellyasiya Məhkəməsi “Meydan TV işi” üzrə həbs edilmiş jurnalist Aytac Tapdığın şikayətini təmin etməyib. Bu barədə Turan-a vəkil Cavad Cavadov bildirib.
Rəy yaz