
ADR Hərəkatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında piket keçirəcək
Bakı/12.11.19/Turan: Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı noyabrın 19-da saat 15-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında piket keçirəcək. Bu barədə Hərəkatın lideri Qubad İbadoğlu Facebook səhifəsində məlumat yayıb.
Aksiya əhalinin aztəminatlı hissəsinin güzəranının pisləşməsi ilə əlaqədar keçiriləcək və 2020 -ci ilin dövlət büdcəsində uşaq pulunun verilməsinin nəzərə alınması, təqaüd yaşının aşağı salınması, pensiyaların, müavinətlərin artırılması tələb ediləcək.06D-
Rəy yaz