the European Union (EU) Commissioner Günther H. Oettinger
Aİ komissarı Günter Ettinger Bakıdadır
Bakı/20.02.19/Turan: Avropa İttifaqının büdcə məsələləri və insan resurslarına məsul komissarı Günter Ettinger fevralın 20-də Bakıya birgünlük səfərə gəlib. O, "Cənub" qaz dəhlizi üzrə nazirlərin görüşündə iştirak edəcək.
Səfər çərçivəsində G.Ettinger "Cənub" qaz dəhlizi haqqında birgə bəyannaməni imzalayıb və Azərbaycanın energetika naziri Pərviz Şahbazovla birlikdə mətbuat üçün bəyanatla çıxış edib. Bu barədə Aİ-nin Azərbaycandakı missiyasının məlumatında bildirilir.
Komissar Ettinger "Cənub" qaz dəhlizi Konsultativ Şurasının beşinci nazirlər müşavirəsinin birgə bəyannaməsinin imzalanmasını Avropada enerji mənbələrinin və marşrutlarının gələcək diversifikasiyası üçün mühüm addım kimi alqışlayıb. "Tərəfdaşlar yeni infrastrukturdan ən yaxşı şəkildə istifadə etməli və onun gücünü mümkün qədər iki dəfə artırmalıdır", - o deyib.
G.Ettingerin prezident İlham Əliyev, BP-nin regional prezidenti, Türkiyə və Bolqarıstanın energetika nazirləri ilə görüşləri gözlənilir. 02D-
-
- Kənd təsərrüfatı
- 20 Fevral 2019 14:11
Siyasət
-
Yanvarın 24-də Bakı Apellyasiya Məhkəməsində jurnalist Fərid İsmayılovun həbsindən şikayətə baxılıb.
-
2024-cü ildə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət jurnalistlərə, fəallara və dindarlara qarşı repressiyaların artması ilə xarakterizə olunub. Bu barədə "Müdafiə xətti" qeyri-hökumət təşkilatının illik hesabatında deyilir. Sənədi yanvarın 24-də bu qurumun üzvü, hüquq müdafiəçisi Zəfər Əhmədov təqdim edib.
-
Yanvarın 24-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri Əziz Orucovun işi üzrə proses davam edib.
-
Yanvarın 24-də Azərbaycan müdafiə nazirinin müavini, Quru Qoşunları komandanı general-polkovnik Hikmət Mirzəyev Türkiyəyə rəsmi səfərə gedib.
Azərbaycan iqtidarının Trampdan gözləntiləri özünü doğruldacaqmı? – Əhməd Əlili Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 12:47
- 288
Rəy yaz