AİHM Azərbaycanda hüquq müdafiəçilərinin hüquqlarının pozulmasını tanıyıb
Strasburq/19.04.18/Turan: Bu gün Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanla bağlı iki qərarını elan edib. Bu barədə Turan-a vəkil Fariz Namazlı bildirib. Bu qərarlardan biri hüquqşünaslar Ənnağı Hacıbəyli və İntiqam Əliyevin Vəkillər Kollegiyasına üzv qəbul edilə bilməməsi ilə bağlı verilən şikayət üzrədir.
Avropa məhkəməsi ərizəçilərin Avropa İnsan Hüquqları Konvensiyasının Konvensiyanın 10-cu (ifadə azadlığı), 6-cı (ədalətli məhkəmə araşdırılması hüququ), həmçinin 34-cü maddə (fərdi şikayət hüququ) üzrə hüquqlarının pozulduğunu tanıyıb.
F.Namazlının sözlərinə görə, 34-cü maddənin pozulması onunla bağlıdır ki, 2014-cü ilin avqustunda İ. Əliyev həbs edilərkən prokurorluq işçiləri Avropa məhkəməsində baxılmaqda olan işlər üzrə sənədləri onun ofisindən aparıblar.
Strasburq məhkəməsi hər ərizəçiyə mənəvi zərərə görə 7500 avro, məhkəmə məsrəflərinə görə 2500 avro ödənilməsi barədə qərar çıxarıb.
İkinci qərar 2013-cü ilin dekabrında hüquq müdafiəçisi Anar Məmmədlinin tutulmasının əsassız olması ilə bağlıdır. Məhkəmə bunu əsassız sayaraq onun hüquqlarının Avropa konvensiyasının 5-ci (azadlıq hüququ) və 18-ci maddəsi (hüquqların siyasi məqsədlərə görə məhdudlaşdırılması) üzrə pozulmasını tanıyıb.
AİHM A.Məmmədliyə 20000 avro, məhkəmə məsrəflərinə görə 2500 avro kompensasiya ödənilməsini qərara alıb. -16D-
-
- Cəmiyyət
- 19 Aprel 2018 12:55
-
- İqtisadiyyat
- 19 Aprel 2018 13:06
Siyasət
-
On beynəlxalq hüquq-müdafiə təşkilatı Avropa Şurası Parlament Assambleyasının üzvlərinə müraciət edərək Azərbaycanın bu qurumda səlahiyyətlərinin dayandırılmasını təsdiqləməyə və onların bərpası üçün dəqiq meyarları müəyyən etməyə çağırıb.
-
Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hakimiyyətinin “Toplum” TV-nin jurnalistlərinə qarşı altı yeni ittiham irəli sürmək qərarını və bu nəşrin daha bir müxbirinin həbsini pisləyib.
-
Yanvarın 21-də Tehranda keçirilən görüşdə İran prezidenti Məsud Pezeşkian və Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev iqtisadi sahədə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.
-
Yanvarın 21-də Bakıda Qarabağ separatçılarının cinayət işi üzrə hazırlıq iclası davam edib.
Rəy yaz