Aprelin 23-dən kənar avtomobillərin paytaxta girişi məhdudlaşdırılır
Bakı/19.04.18/Turan: Qarşıdakı "Formula-1 yarışları ilə əlaqədar aprelin 23-dən Bakı şəhərində qeydiyyatda olmayan minik və yük avtomobillərinin paytaxta girişi qadağan ediləcək.
Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında deyilir ki, məhdudiyyət xüsusi təyinatlı və kənd təsərrüfatı məhsullarını daşıyan maşınlara şamil edilməyəcək.
Yol polisi sakinləri sözügedən müddətdə paytaxta gəlmək üçün ictimai nəqliyyatdan istifadə etməyə çağırıb. Fərdi minik avtomobillərinin sahibləri öz maşınlarını şəhərin girəcəyində pulsuz və qorunan dayanacaqlarda saxlayıb avtobuslarla şəhərə gedə bilər.
"Formula -1" yarışları aprelin 27-29-da keçiriləcək. -16D-
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz