Almaniya insan hüquqları müvəkkili Azərbaycanda insan haqlarının pozulması barədə
Berlin/25.08.18/Turan: AFR kansleri Angela Merkelin Bakıya səfəri ərəfəsində federal hökumətin insan hüquqları müvəkkili Berbel Kofler Azərbaycanda insan hüquqlarına əməl edilməsilə bağlı vəziyyətin qənaətbəxş olmadığını qeyd edib.
"Bu ölkədə insan haqları, KİV, toplaşma və söz azadlığı "əvvəlkitək bir çox hallarda məhdudlaşdırılıb", - o, avqustun 24-də bildirib.
Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət "ümumilikdə problemlidir", B.Kofler deyib. Müxalifət münayəndələri, tənqidçi jurnalistlər "hədələrlə, saxlanmalarla qorxudulub, bəzi hallarda məhkəmə orqanları tərəfindən təqiblərə məruz qalıb",- "Alman dalğası" radiosu Koflerdən sitat gətirir.
Hökuməti açıq tənqid edənləri həbsə alırlar və ya dövlət qulluğundan xaric edirlər, ölkəni tərk edən siyasi fəalların ailə üzvlərinə təzyiq göstərilir.
"Yuxarıda deyilənlər baxımından Almaniyanın Azərbaycan hakimiyyəti ilə müntəzəm əlaqələrini davam etdirməsi və ünsiyyətdə olması mənim üçün çox vacibdir", - B.Kofler vurğulayıb. Onun sözlərinə görə, federal hökumət və Avropa İttifaqı Azərbaycandakı kanallarından istifadə edərək bu ölkədə insan hüquqlarına əməl edilməsinin vacibliyini xatırlatmalıdır.
Avqustun 25-də Azərbaycana səfər Angela Merkelin Cənubi Qafqaz ölkələrinə səfərinin yekun mərhələsidir. Bundan öncə kansler Gürcüstan və Ermənistanda olub.
Bakıda o, prezident İlham Əliyevlə görüşəcək.
AFP agentliyi qeyd edir ki, Almaniya üçün Azərbaycan ilk növbədə enerji tədarükçüsü kimi maraqlıdır. Bu kontekstdə onun önəmi Transanadolu qaz kəmərinin inşasının sayəsində artır. Bu kəmər Azərbaycan, Gürcüstan və Türkiyə ərazisilə Yunanıstan sərhəddinə qədər uzanır. Bu boru kəmərinin köməyilə Avropanın Rusiya qazından asılılığını bir qədər azaltmaq mümkün olacaq.
A.Merkelin Azərbaycana səfərindən öncə xoşagəlməz olay baş verib. Belə ki, Bakı Bundestaqın deputatı, Zaqafqaziya üzrə parlament qrupunun sədr müavini Albert Vaylerin Almaniya nümayəndə heyətinin tərkibində ölkəyə girişini qadağan edib. Bu qərara A.Vaylerin əvvəllər dəfələrlə Dağlıq Qarabağa səfər etməsi səbəb olub. Buna baxmayaraq ki, A.Merkel Azərbaycana səfərini təxirə salmayıb. -0-
Siyasət
-
Azərbaycanın özəl yayım kanalı Baku TV çərşənbə günü efirdə “Rus Evi”ni mədəni və humanitar fəaliyyət adı altında anti-Azərbaycan casusluq fəaliyyəti ilə məşğul olmaqda ittiham edən reportaj yayımlayıb. Reportajda “etibarlı mənbələr”ə istinad edilib, lakin mənbələrin kimliyi açıqlanmayıb. İddialara görə, Rusiya mədəniyyət mərkəzi milli ziddiyyətləri qızışdırır və kəşfiyyat fəaliyyəti üçün baza rolunu oynayır.
-
Yanvarın 24-də Bakı Apellyasiya Məhkəməsində jurnalist Fərid İsmayılovun həbsindən şikayətə baxılıb.
-
2024-cü ildə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət jurnalistlərə, fəallara və dindarlara qarşı repressiyaların artması ilə xarakterizə olunub. Bu barədə "Müdafiə xətti" qeyri-hökumət təşkilatının illik hesabatında deyilir. Sənədi yanvarın 24-də bu qurumun üzvü, hüquq müdafiəçisi Zəfər Əhmədov təqdim edib.
-
Yanvarın 24-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri Əziz Orucovun işi üzrə proses davam edib.
Azərbaycan iqtidarının Trampdan gözləntiləri özünü doğruldacaqmı? – Əhməd Əlili Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 12:47
- 354
Rəy yaz