Мехман Гусейнов
Məhkəmə Mehman Hüseynovu vaxtından əvvəl şərti azadlığa buraxmayıb
Bakı/24.08.18/Turan: Bu gün Qaradağ Rayon Məhkəməsinin 14 saylı koloniyadakı səyyar iclasında bloger Mehman Hüseynovun cəzasının yarıdan çoxunu çəkməsilə əlaqədar vaxtından əvvəl şərti azadlığa buraxılması barədə müraciətinə baxılıb.
Məhkəmə müraciəti təmin etməyib. Bu barədə jurnalistlərə blogerin vəkili Şəhla Hümbətova bildirib.
Onun sözlərinə görə, koloniya administrasiyası məhkəməyə M.Hüseynovun barəsində mənfi xasiyyətnamə təqdim edib, blogerin "islah olunmadığını" bildirib.
Onu koloniya "əməkdaşlarına qarşı qeyri-səmimi münasibətdə, əməyə mənfi münsibətdə, abadlıq işlərində və mədəni tədbirlərdə iştirak etməməkdə ittiham ediblər".
M.Hüseynov bildirib ki, onun məsələsi məhkəmədə həll olunmur və əmin idi ki, onu azad etməyəcəklər. "Bunu koloniya rəisi, ya da hakim həll etmir", - M.Hüseynov vurğulayıb.
O qeyd edib ki, koloniyada minlərlə məhbusun iştirakı ilə mədəni tədbirlərin keçirilməsi üçün yer yoxdur.
Müdafiə tərəfi məhkəmənin qərarı ilə razı deyil. Vəkil deyib ki, M.Hüseynov 1,5 il ərzində inzibati cəza və irad almayıb. Müdafiə tərəfi apellyasiya verəcək.
*Bloger, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun nümayəndəsi Mehman Hüseynov 2017-ci ilin martında Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin ona qarşı iddiası əsasında böhtan ittihamı ilə 2 il azadlıqdan məhrum edilib.
İddiaya M.Hüseynovun ötən ilin yanvarında həmin idarədə işgəncələrə məruz qalması barədə bəyanatı səbəb olub.
Lakin hüquq müdafiəçilərinin fikrincə, M.Hüseynova qarşı təqiblərin əsl səbəbi Azərbaycan hökuməti və parlament üzvlərinin dəbdəbəli villaları haqda videoreportajlarıdır.
Amnesty International təşkilatı M.Hüseynovu "vicdan məhbusu" kimi tanıyıb.-06D-
Cəmiyyət
-
Vəkil Aqil Layıc Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərovu idarəçilikdə özbaşınalıqda ittiham edərək, Prezident İlham Əliyevdən müdaxilə etməyi xahiş edib. Layıc öz narahatlığını Facebook paylaşımında ifadə edərək bildirib ki, Əkbərovun rəhbərliyi altında hüquqi müdafiə “formal səviyyəyə” endirilib.
-
İnnovasiya və sürət lideri “Bakcell” inklüzivliyə dəstək strategiyası çərçivəsində "Birgə və Sağlam" İctimai Birliyi tərəfindən yaradılan “Kaşalata” kafedə “İnnovasiyalarla Müxtəlifliyə Doğru” adlı tədbir təşkil edib. Tədbirin məqsədi "Bakcell" ilə “Birgə və Sağlam” İctimai Birliyi arasındakı tərəfdaşlığın qeyd olunması və kafedə çalışan gənclərlə görüş olub.
-
Azərbaycan Nazirlər Kabineti 1999-cu ildə təsdiq edilmiş və yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrdən əldə edilən vəsaitlərin bölüşdürülməsinə dair qaydalara düzəlişləri təsdiq edib. 2025-ci il yanvarın 23-də imzalanan və №14 saylı qərar formasında rəsmiləşdirilən bu dəyişikliklər, Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı prezident fərmanlarına uyğunlaşdırma məqsədi daşıyır.
-
Yanvarın 25-də paytaxtda hava dəyişkən olacaq. Gecə və səhər yerlərdə zəif yağıntı olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +6, gündüz müabət 7 + 10 dərəcə, rütubət 70-80 faiz olacaq.
Rəy yaz