![Açiq mənbələrdən foto.](https://turan.az/resized/media/2022/main/072900048962-750-500-resize.webp)
Açiq mənbələrdən foto.
Apellyasiya Məhkəməsi bəraət almış gömrükçüləri yenidən həbs edib
Bakı/29.08.22/Turan: Cümə günü Bakı Apellyasiya Məhkəməsi Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin Bakı Baş Gömrük İdarəsinin əməkdaşlarının barəsində qərarından prokurorluğun etirazını təmin edib. Birinci instansiya məhkəməsi bəzi müttəhimlərə şərti cəza müddəti verib, bir hissəsinə isə bəraət verib.
Rafael Əzizov, Emin Xəlilov, Azər Baxşıyev üç il, Ceyhun Şabanov iki il azadlıqdan məhrum ediliblər. Onların hamısı məhkəmə zalında həbs olunub. Orxan Zöhrabov, Sadıq İsgəndərov və əvvəllər birinci instansiya məhkəməsi tərəfindən bəraət almış Mirağa Ağayev şərti cəza alıblar.
Müttəhimlərin hamısı 2021-ci ilin mayında təkrar rüşvət almaq ittihamı ilə həbs olunublar. Onlar sahibkarlardan rüşvət alaraq idxal mallarının buraxılmasının sürətləndirilməsində ittiham olunublar. 02D
-
- Maliyyə
- 29 İyul 2022 14:52
Siyasət
-
Fevralın 4-də Bakı Apellyasiya Məhkəməsi rusiyalı keçmiş hakim, Rusiya Prokurorluğunun vəsatətilə Azərbaycanda həbs edilmiş Yelena Xaxalevanı həbsdən azad edib.
-
Azərbaycanın “Azel” TV saytının rəhbəri, fevralın 2-dən Tbilisi İstintaq Təcridxanasında quru aclıq edən Əfqan Sadıqov çərşənbə axşamı huşunu itirib. Bu barədə Turan-a onun xanımı Sevinc Sadıqova bildirib.
-
Fevralın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş diplomat Emin İbrahimovun işi üzrə hazırlıq iclası olub. İclasa hakim Vuqar İbrahimov sədrlik edib. Mahiyyəti üzrə dinləmələr fevralın 12-nə təyin edilib.
-
AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Qazaxıstanın Nəqliyyat Nazirliyinin dərc etdiyi hesabat "ilkin xarakter daşıyır və baş verənlərin səbəbləri barədə nəticə yoxdur". Bu barədə “Rosaviasiya” - Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin məlumatında deyilir.
Rəy yaz