Açiq mənbələrdən foto.
Kiyev Rusiya qoşunlarını "Azov" alayının əsirlərinin olduğu koloniyanı atəşə tutmaqda ittiham edib
Bakı/29.07.22/Turan: Ötən gecə Rusiya Silahlı Qüvvələri Yelenovka (Donetsk vilayəti, Rusiyanın nəzarəti altındadır) şəhərində Ukraynanın "Azov" alayının əsirlərinin saxlanıldığı koloniyanı artilleriyadan qəsdən atəşə tutublar, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib.
Bu "hərbi cinayət" nəticəsində ən azı 53 ukraynalı əsir həlak olub, 130-a yaxını yaralanıb. Kiyevdə hesab edirlər ki, bu cinayət məhbuslar üzərində işgəncə izlərini və Ukraynalı hərbi əsirlərin güllələnməsini gizlətmək məqsədilə törədilib.
Ukrayna tərəfinin məlumatına görə, əsirləri bu koloniyaya iki gün öncə gətiriblər. Bundan əlavə, atəş zamanı rusiyalı hərbçilər tərəfindən heç kim yaralanmayıb. Bu, bir daha onu göstərir ki, bu cinayət Rusiyanın işidir.
Ukrayna Baş Qərargahı koloniyanın Ukrayna tərəfindən atəşə tutulması ilə bağlı Rusiya Silahlı Qüvvələrinin iddialarını qəti şəkildə təkzib edir. "Biz əsirlərimizin harada olduğunu bilirik və mülki obyektlərə atəş açmırıq", - məlumatda deyilir. 02D
Siyasət
-
Fevralın 4-də vəkil Zibeydə Sadıqova 1saylı Bakı İstintaq Təcridxanasında “Meydan” TV” işi üzrə həbs olunmuş müxbir Natiq Cavadlı ilə görüşüb.
-
Çərşənbə axşamı ABŞ prezidenti Donald Tramp ilk beynəlxalq qonağını - İsrailin baş naziri Binyamin Netanyahunu Ağ Evdə qarşılayıb.
-
Jurnalist Şəmşad Ağa gecə saatlarında polis tərəfindən saxlanılıb. Bu barədə jurnalistin qardaşı Şahid Ağayev Amerikanın Səsinə bildirib.
-
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (BMAT) 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatı barədə məlumat yayıb.
Rəy yaz