Açiq mənbələrdən foto.
Hidroqovşaqda kişi meyiti tapılıb
Bakı/29.07.22/Turan: Araz çayının işğaldan azad edilmiş Cəbrayıl rayonunun Xələfli qəsəbəsi ərazisindən keçən hissəsində salınmış “Qız Qalası” hidroqovşağında iyulun 20-də təxminən 25-30 yaşlarında naməlum kişi meyiti tapılıb. Bu barədə Baş Prokurorluğun yaydığı məlumatda deyilir.
Meyiti tapılan şəxsin hər iki qol və ayaqları plastmas qandalla bağlanmış vəziyyətdə olub.
Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
“Meyitin xarici müayinəsi zamanı müəyyən edilib ki, boyu 176 santimetrdir, qarnının aşağı üçdə bir hissəsində qara rəngdə, üzərində sarı metaldan muncuqları olan qadın şalı bədəninə düyünlənərək bağlanıb, əynində isə XL ölçüdə, ön hissəsində “Reebok” yazısı olan çəhrayı rəngli köynək var”, - məlumatda bildirlir.
Məlumatda göstərilən əlamətlərə uyğun gələn naməlum kişi meyitinin şəxsiyyətinin müəyyən edilməsi üçün məlumatı olan vətəndaşlardan Cəbrayıl Rayon Prokurorluğu ilə (026 – 384 – 39 – 03; mob: 055 – 964 – 84 – 81) əlaqə saxlamaları xahiş edilir.-05D-
-
- Siyasət
- 29 İyul 2022 15:49
Cəmiyyət
-
Azərbaycanda yaxın günlərdə temperaturun kəskin enməsi və ölkə ərazisində fırtınalı, yağıntılı hava şəraitinin müşahidə olunacağı gözlənilir. Milli Hidrometeorologiya Xidməti bazar ertəsi bildirib ki, bəzi ərazilərdə intensiv yağıntılar, dağlıq və dağətəyi rayonlarda qar yağışı, yolların buz bağlaması və güclü külək proqnozlaşdırılır.
-
İnnovasiya və sürət lideri “Bakcell” prestij və fərqliliyi sevən müştəriləri üçün xüsusi olaraq 100 seriyalı nömrələrini təqdim edir. Yeni seriya çərçivəsində müştərilər “055 100 XX XX” formatında unikal nömrələr əldə edə biləcəklər.
-
Vəkil Aslan İsmayılov, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova ictimai müraciət edərək, ölkənin məhkəmə sistemində təcili islahatlar aparılmasını tələb edib. İsmayılov, məhkəmələrdəki sistematik korrupsiya və prosedur pozuntularının ictimai narazılığı artırdığını və bunun gələcəkdə daha geniş etirazlara səbəb ola biləcəyini xəbərdarlıq edib.
-
Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində yanvar ayının 30-da saat 11:20-də "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində 16,4 kq narkotik vasitə (11 kq 300 qram marixuana, 5 kq 100 qram tiryək) və 1990 ədəd narkotik tərkibli güclü təsiredici metadon M - 40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana ərazisinə keçirilməsinin qarşısı alınıb.
Rəy yaz