AŞ Baş Katibi Xədicə İsmayılova barəsində hökmü pisləyib
Avropa Şurasının Baş Katibi Turbyern Yaqland jurnalist Xədicə İsmayılova barəsində məhkəmənin bugünki 7,5 il azadlıqdan məhrumetmə hökmünü pisləyib. Bu barədə Baş Katibin mətbuat katibi Daniel Höltgenin bəyanatında deyilir.
Hüquq müdafiəçiləri Leyla və Arif Yunus barəsindəki hökmdə də olduğu kimi, Baş Katib Azərbaycan hakimiyyətindən İsmayılovanın təqsirinin ətraflı dəlillərini tələb edib.
Yaqland yenidən Azərbaycanın məhkəmə sistemində sistemli şəkildə olan nöqsanlar və ölkədə fikri ifadə azadlığına mənfi təsir göstərən hüquq müdafiəçiləri və jurnalistlərin cinayət təqibi hallarının artması kimi həyəcan doğuran tendensiya ilə bağlı narahatlığını bildirib. -06D-
Siyasət
-
Fəal Clalə Cavadov saxlanılıb. Onunla saat 16.00-dan əlaqə kəsilib.
-
Yanvarın 31-də vəkil Elçin Sadıqovun 15 saylı cəzaçəkmə müəssisəsində xeberman.com saytının rəhbəri Polad Aslanov və bloger Rəşad Ramazanovla görüşməsinə icazə verilməyib.
-
Biz maneəsiz əlaqənin əleyhinə deyilik, lakin bu, Ermənistanın yurisdiksiyasından yayınmaqla maneəsizlik demək deyil. Bu barədə cümə günü Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.
-
Yanvarın 31-də Tbilisi şəhər məhkəməsi Azərbaycanın Azel TV saytının təsisçisi Əfqan Sadıqovun həbs müddətini 3 ay uzadıb.
Rəy yaz