Фото из открытых источников
AŞPA məruzəçisi hüquq müdafiəçiləri ilə görüşüb
Bakı/06.09.19/Turan: Bakıda səfərdə olan AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Sunna Torhildur Evarsdottir dünən bir qrup hüquq müdafiəçiləri ilə görüşüb.
Görüşün iştirakçısı, Repressiyalar və İşgəncələr Əleyhinə Komitənin sədri Oqtay Gülalıyevin Turan-a verdiyi məlumata görə, məruzəçi ona Azərbaycanda məhkəmə korpusunun 75% yeniləndiyi, vəkillərin sayının artdığı barədə məlumat verildiyini qeyd edib.
"Amma biz AŞPA nümayəndəsinin diqqətinə çatdırdıq ki, hakim korpusunun yenilənməsi və vəkillərin sayının artması məhkəmə hakimiyyətinin müstəqilliyinin göstəricisi ola bilməz. Bu yeniliklər Azərbaycanda siyasi məhbuslar probleminin həllinə xidmət etmir. Bir qrup siyasi məhbus azad edilir, onların yerinə yeniləri həbs edilir", deyə Gülalıyev qeyd edib.
Onun sözlərinə görə, Evarsdottir deyib ki, üç günlük səfəri çərçivəsində həbsxanalarda bəzi siyasi məhbuslarla görüşməyi və obyektiv məruzə hazırlamağı planlaşdırır.
"İnanıram ki, məruzəçi Azərbaycanda siyasi məhbus problemi haqqında obyektiv hesabat hazırlayacaq və bu hesabat siyasi motivlərlə həbs edilmiş təqsirsiz şəxslərin azad edilməsinə yardım edəcək", deyə Gülalıyev qeyd edib.
Bundan başqa, görüşdə vaxtilə özləri də siyasi məhbus olan fəallar və jurnalistlər - İntiqam Əliyev, Xədicə İsmayıl, Rəsul Cəfərov, Mehman Hüseynov və bu yaxınlarda azadlığa çıxmış Seymur Həzi də iştirak edib.
Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi institutu 2018-ci ilin iyununda, AŞPA-nın xüsusi ekspert qrupunun assambleyada lobbiçilik fəaliyyəti ilə bağlı araşdırma hazırlamasından sonra bərpa edilib. Qeyd edilən lobbiçilik fəaliyyəti nəticəsində 2013-cü ildə keçmiş məruzəçi Kristof Ştrasserin hesabatı qəbul edilməyib. Evardsottir yeni məruzəçi təyin edilib.
Onun iyunun əvvəllərində Bakıya səfəri planlaşdırılırdı, amma Azərbaycan tərəfi görüş təxirə salınıb. 5-7 sentyabr tarixləri arasında o, Azərbaycana ilk dəfə səfər edir.
Bu günlərdə "Azərbaycan Siyasi Məhbuslarına Azadlıq" İttifaqı və vahid siyasi məhbus siyahısının hazırlanması üzrə İşçi Qrup yenilənmiş siyahılarını elan edib, siyahılara müvafiq olaraq 117 və 119 nəfərin adı daxil edilib. -03B06-
-
- İqtisadiyyat
- 6 Sentyabr 2019 12:03
-
- Maliyyə
- 6 Sentyabr 2019 12:30
Siyasət
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
-
Yanvarın 23-də Azərbaycan Talışları İctimai Şurasının üzvü Hilal Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılıb. O, Turan-a bildirib ki, bu gün Dövlət Təhlükəsizliyi Xidməti Nizami rayon şöbəsinin əməkdaşları Dövlət Təhlükəsizliyi Xidmətinin Baş İstintaq İdarəsinin bildirişini ona gətiriblər.
Rəy yaz