AŞPA-nın Azərbaycan üzrə məruzəçisi artıq istefa verib
Bakı/18.09.17/Turan: OCCRP beynəlxalq jurnalist şəbəkəsinin 2012-2014-cü illərdə Azərbaycandan çirkli pulların yuyulması məqsədilə 2,9 mlrd. dolların çıxarılmasından bəhs edən araşdırmanın fiqurantı olması ilə əlaqədar Belçikalı senator Alan Desteks Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üzvlüyündən istefa verib.
Qərb KİV-lərinin məlumatına görə, Desteks Belçikada öz qeyri-kommersiya assosiasiyası üçün Azərbaycandan maliyyə vəsaiti alırdı.
Desteks AŞPA-nın Azərbaycanda insan hüquqları sahəsində vəziyyət haqqında məruzəçisi idi.
İnsan hüquqları və ifadə azadlığı ilə bağlı problemləri yumşaltdığına görə onun fəaliyyəti yerli və beynəlxalq hüquq müdafiəçilərinin tənqidinə səbəb olurdu.
Onun məruzəsi AŞPA-nın oktyabr sessiyasına təqdim edilməli idi. Amma şənbə günü Desteks ona qarşı "hücumlardan" gileylənərək, istefa verib.
"Həddindən artıq siyasiləşmiş bu assambleyada hazırda müzakirələr məruzəmin məzmunu deyil, mənim şəxsiyyətim üzərində cəmlənib", deyə Belçika mətbuatı Desteksin sözlərindən sitat gətirir.
Desteksin fikrincə, "sakit debatlar üçün şərtlər artıq yerinə yetirilmir".
Bir müddət əvvəl Desteks AŞPA üzvlərindən ibarət qrupun Bəşər Əsədlə görüşmək üçün Suriyaya getməsi ilə bağlı qalmaqalın mərkəzində idi. Bu səfərə assambleya tərəfindən icazə verilməmişdi. Bununla əlaqədar AŞPA prezidenti Pedro Aqramunta belə bir səfərdə iştiraka görə etibarsızlıq ifadə olunmuşdu.
-
- Siyasət
- 18 Sentyabr 2017 13:46
-
- Söz istəyirəm
- 18 Sentyabr 2017 14:29
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz