Turan agentliyinin dondurulmuş bank hesabları açılıb
Bakı/18.09.17/Turan: Vergilər Nazirliyi Turan agentliyinə qarşı vergi borcunu ötən həftə ləğv etdikdən sonra agentliyin bank hesabları sentyabrın 18-də açılıb.
Eyni zamanda, agentliyə qarşı qaldırlmış cinayət işinə xitam verilib-verilməməsi barədə nazirlik rəsmi məlumat vermir.
Beləliklə, agentliyin normal işinin təmin edən şərait hələ ki, yaradılmayıb.
Xatırladaq ki, Vergilər Nazirliyinin Lokal Gəlirlər Departamenti bu ilin avqustunda Turan agentliyinə qarşı 37 min manat əlavə vergi hesablayıb və cinatyət işi qaldırıb. Sentyabrın 12-də nazirlik qeyd olunan mənləğlə bağlı qərarını ləğv edib. .
Turan agentliyinin avqustun 24-də həbs edilmiş direktoru Mehkman Əliyev isə sentyabrın 11-də azadlığa buraxılıb. -03B-
Siyasət
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
-
Yanvarın 23-də Azərbaycan Talışları İctimai Şurasının üzvü Hilal Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılıb. O, Turan-a bildirib ki, bu gün Dövlət Təhlükəsizliyi Xidməti Nizami rayon şöbəsinin əməkdaşları Dövlət Təhlükəsizliyi Xidmətinin Baş İstintaq İdarəsinin bildirişini ona gətiriblər.
-
Yanvarın 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyanın xarici işlər, ittifaq və inkişaf məsələləri üzrə dövlət katibi Devid Lemmi ilə telefonla danışıb.
-
“Kanal-11” Youtube kanalının rəhbəri Teymur Kərimovun işi üzrə məhkəmə iclaslarının protokolları saxtalaşdırılıb. Bu barədə onun bəyanatında deyilir. Bəyanatı Kərimovun həmkarları yayıblar.
Rəy yaz