AŞPA-nın payız sessiyası çərçivəsində Azərbaycanda insan hüquqlarına dair dinləmələr keçiriləcək
Bakı/07.10.17/Turan: Oktyabrın 9-da Strasburqda AŞPA-nın payız sessiyası çərçivəsində "Landromata son qoymağın və Azərbaycanı cavab verməyə çağırmağın vaxtıdır" mövzusunda müzakirələr keçiriləcək.
Dinləmələri Azərbaycan Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu (RATİ) AŞPA-nın keçmiş prezidenti Ann Brasserin dəstəyilə keçirəcək. Tədbir yerli vaxtla saat 13.00-dan 14.00-dək davam edəcək.
Görüşdə Demokratiya Naminə Hərəkatın həmsədri, Azərbaycanın AŞ-da keçmiş səfiri Arif Məmmədov, RATİ-nin rəhbəri Emin Hüseynov, Demokratiyanın İnkişafı və İnsan Hüquqları Mərkəzinin prezidenti Yuri Cibladze, "Azadlıq faylları" Analitik Mərkəzinin direktoru Olqa Zaxarova çıxış edəcəklər.
Dinləmələrin təşkilatçıları hesab edirlər ki, OCCRP beynəlxalq jurnalist şəbəkəsinin rəsmi Bakının siyasətinin dəstəklənməsi məqsədilə AŞPA-nın bəzi deputatlarının ələ alındığını üzə çıxaran "Azərbaycan landromatı" adlı hesabatı "Avropa demokratiya və düzgünlük standartlarını müdafiə etməli olan AŞPA-nı silkələməlidir".
Çıxışçılar Azərbaycanda insan hüquqlarının pozulması halları barədə son informasiyanı və Azərbaycanın Avropa Şurası qarşısında öhdəliklərini yerinə yetirməsinin necə təmin olunması ilə bağlı öz mülahizələrini təqdim edəcəklər.
Qeyd edək ki, oktyabrın 11-də AŞPA sessiyasında "Azərbaycanda demokratik institutların fəaliyyəti" mövzusunda hesabat müzakirə olunacaq. Sənədi assambleyanın Monitorinq Komitəsinin həmməruzəçiləri Stefan Şennak (Avstriya) və Sezar Florin Preda (Rumıniya) hazırlayıblar.06D-
-
- Siyasət
- 7 Oktyabr 2017 11:12
Siyasət
-
Avropa Şurası Parlament Assambleyasının Azərbaycanın monitorinqi üzrə həmməruzəçisi Lize Kristofersen (Norveç) və siyasi məhbuslar üzrə baş məruzəçisi Torhildur Sunna Evarsdottir (İslandiya) tanınmış azərbaycanlı vətəndaş fəalı Bəxtiyar Hacıyevin barəsində hökmdən dərin narahatlıqlarını ifadə ediblər.
-
Çərşənbə günü Bayden administrasiyası Rusiyaya qarşı yeni "kəskin" sanksiyaları və Moskvaya qarşı əvvəlki sanksiyaların sərtləşdirildiyini elan edib, Turan-ın Vaşinqton müxbiri bildirib.
-
Azərbaycan ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev Brüsseldə NATO Hərbi Komitəsi Baş Qərargah rəisləri formatında keçirilən iclasda iştirak edib.
-
“Azel” TV saytının rəhbəri Əfqan Sadıqovun Gürcüstandan Azərbaycana ekstradisiyası Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı ilə bir həftə müddətinə dayandırılıb. Bu barədə Gürcüstan Sosial Ədalət Mərkəzinin rəhbəri, Sadıqovun hüquqi müdafiəsini həyata keçirən Tamta Mikeladze Facebook-da yazıb.
Azərbaycan-Qərb və Azərbaycan-Rusiya münasibətləri. Münasibətlər hara istiqamətlənib? – Nahid Cəfərov Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 13:04
- 162
Rəy yaz