Prezident İlham Əliyev ATƏT-in Minsk Qrupunun həmsədrlərini qəbul edib
Bakı/07.10.17/Turan: Oktyabrın 7-də dövlət başçısı İlham Əliyev ATƏT-in Minsk Qrupunun həmsədrləri Stefan Viskonti, İqor Popov, Endrü Şefer və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşiki qəbul edib.
Həmsədrlər Yerevandan Bakıya gəliblər. Orada Ermənistan rəhbərliyi ilə görüşüblər. Bundan əlavə, amerikalı yeni həmsədr Şefer Qarabağa gedib və Qarabağ separatçılarının lideri Bako Saakyanla tanış olub.
KİV-də yayılan məlumatlara görə, danışıqların əsas mövzusu Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili olub. Görünür, həmsədrlərin Azərbaycan rəhbərliyi ilə görüşündə də bu mövzu diqqət mərkəzində olacaq.-02D-
-
- Cəmiyyət
- 7 Oktyabr 2017 10:45
Siyasət
-
Azərbaycan və Gürcüstan hər zaman regionda sülhün və sabitliyin tərəfdarı olublar,- cümə axşamı Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
-
Azərbaycan Xalq Cəbhəsi Partiyası Lənkəran şöbəsinin fəalı Ramil Eynəliyev "polisə tabe olmamaq" ittihamı ilə inzibati qaydada 30 sutka həbs edilib.
-
Rusiya İstintaq Komitəsi dekabrın 25-də Aktau şəhəri yaxınlığında AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işinin istintaqını davam etdirir.
-
Bu gün daha 32 ailə, cəmi 153 nəfər Cəbrayıla qayıdıb, yanvarın 16-da Azərbaycan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bildirib. Cəbrayıl rayonuna 1487 nəfər (358 ailə) qayıdıb.
Ermənistan- ABŞ sazişi. İsrail- HƏMAS atəşkəsi. Rusiya təklənir? – Rauf Mirqədirov Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 13:04
- 264
Rəy yaz