Педро Аграмунт
AŞPA rəhbəri istefa verdiyini bildirib
Bakı/06.10.17/Turan: Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt istefa verib. P.Aqramunt bu barədə özünün Tvitter səhifəsində yazıb. "Bu gün şəxsi səbəblərdən AŞPA-ya sədrlik etməmək qərarı verdim",- P. Aqramunt bildirib.
Qeyd edək ki, P.Aqramuntun vəzifədən uzaqlaşdırılması məsələsi uzun müddətdir gündəmdədir. İlk dəfə AŞPA-nın yaz sessiyasında ona etimad məsələsi qaldırılıb, buna səbəb kimi P. Aqramuntun Suriyaya səfəri və orada Bəşər Əsədlə görüşü göstərilib.
Bu il iyunun 27-də AŞPA-nın yay sessiyasının plenar iclasında "Parlament Assambleyasında məsuliyyət prinsipinin tanınması və həyata keçirilməsi" adlı hesabat müzakirəyə çıxarılıb.
İsveçrəli deputat, xanım Lilian Mori Paskyenin hazırladığı hesabatda AŞPA prezidentinin, vitse-prezidentlərin və komitə sədrlərinin vəzifələrindən çıxarıla bilməsi məqsədilə qurumun daxili prosedurunda dəyişiklik edilməsi nəzərdə tutulur.
Çıxışlardan sonra hesabat səs qoyulub və 154 lehinə, 30 əleyhinə, 13 bitərəf olmaqla, qəbul edilib. Bu hesabatın qəbulundan sonra qurumun sədri Pedro Aqramuntun vəzifədən zaqlaşdırılacağı gözlənilirdi.
Xatırladaq ki, P.Aqramunt 2017-ci ilin martında Rusiya nümayəndə heyətinin tərkibində Suriyaya səfərə gedib. Həmçinin Azərbaycan hakimiyyətinin AŞPA üzvlərini ələ alması ilə bağlı "kürü diplomatiyası" ətrafında qalmaqalda adı keçir.
Qeyd edək ki, Aqramunt bir neçə il AŞPA-nın Azərbaycan üzrə Monitorinq Komitəsinin məruzəçisi olub. Və həmin dövrdə hüquq müdafiəçiləri onu Azərbaycan hakimiyyəti ilə əməkdaşlıqda ittiham ediblər. Bundan əlavə, Aqramunt Azərbaycanda siyasi məhbusların azad olunması üçün AŞPA tədbirlərini sabotaj edib.71D-
Siyasət
-
Rusiyadan İrana qaz kəməri Azərbaycandan keçəcək, onun marşrutu razılaşdırılıb. TASS xəbər verir ki, bu barədə jurnalistlərə energetika naziri Sergey Tsivilev bildirib.
-
Toplum TV-nin işi üzrə polis nəzarətində olan jurnalist Fərid İsmayılov yanvarın 17-də saxlanılıb və Xətai Rayon Məhkəməsinə aparılıb. Bu barədə jurnalistin həmkarları məlumat veriblər.
-
İlham Əliyev İrakli Kobaxidzeni "Gürcü arzusu" partiyasının seçkilərdə qələbəsi münasibətilə təbrik edib və ona yeni uğurlar arzulayıb.
-
Yanvarın 17-də Bakının Xətai Rayon Məhkəməsi Meydan TV-nin jurnalistləri Aynur Elgünəş və Natiq Cavadlının ev dustaqlığına keçirilmələri haqqında vəsatətlərini təmin etməyib.
Ermənistan- ABŞ, Rusiya -İran strateji tərəfdaşlığı regiona nə vəd edir? – Şahin Cəfərli Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 13:33
- 463
Rəy yaz