Фото из открытых источников
ATƏT-in KİV üzrə nümayəndəsi Mehman Hüseynovun azadlığa buraxılmasına çağırıb
Vyana/09.01.19/Turan: ATƏT-in KİV azadlığı məsələləri üzrə nümayəndəsi Arlem Dezir bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova məktubunda həbsdə olan bloger, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri Mehman Hüseynovun səhhətilə bağlı ciddi narahatlığını
bildirib və hakimiyyəti ona qarşı irəli sürülmüş yeni cinayət ittihamını götürməyə çağırıb.
Dezir öz məktubunda yazıb: "Son insidentin Mehman Hüseynovun 2019-cu ilin martında həbsdən çıxmağına az qaldığı bir vaxtda baş verməsi dərin narahatlıq doğurur. Yeni ittihamla ona əlavə olaraq 7 ilədək həbs cəzası verilə bilər".
"Mən hakimiyyəti Mehman Hüseynova qarşı yeni ittihamları götürməyə və onu mümkün qədər tez azad etməyə çağırrıram", - Dezir vurğulayıb.
Məlumatlara görə, 2018-ci il dekabrın 26-da M.Hüseynov həbsxana nəzarətçisi ilə insidentə cəlb edilib. Hakimiyyət bu işi araşdırıb və blogeri Bakı İstintaq Təcridxanasına köçürüblər. Hüseynov insidentlə əlaqədar ona qarşı irəli sürülmüş ittihamı rədd edir və etiraz olaraq alcığa başlayıb. Bu da onun səhhətinin ciddi pisləşməsinə səbəb olub.
Dezir həmçinin hakimiyyətdən xahiş edib ki, M.Hüseynovun səhhətilə bağlı problemlər öyrənilsin və ona təcili peşəkar tibbi yardım göstərilsin.
ATƏT-in KİV azadlığı məsələləri üzrə nümayəndəsi ATƏT üzvü olan 57 ölkədə hadisələrin inkişafını işləyir. O, ifadə və KİV azadlığının pozulması ilə bağlı ilkin xəbərdarlığı təmin edir və bu sahədə öhdəliklərə əməl olunmasına yardım edir.-02D-
-
- Siyasət
- 9 Yanvar 2019 18:06
-
- Söz istəyirəm
- 9 Yanvar 2019 22:50
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz