Amnesty İnternational Mehman Hüseynovun dərhal azad olunmasına çağırır
Баку/09.01.18/Turan: Amnesty İnternational beynəlxalq hüquq-müdafiə təşkilatı rəsmi Bakını bloger Mehman Hüseynovu" dərhal və şərtsiz" azad etməyə çağırıb.
Təşkilatın bəyanatında qeyd olunur ki, o, yeni cinayət işi üzrə daha 7 il həbs cəzasına məhkum edilə bilər.
Amnesty İnternational M.Hüseynovun aclıq etməsilə əlaqədar səhhətinin ciddi təhlükə altında olmasından narahatlığını bildirib.
Bloger koloniyada nəzarətçini döyməsilə bağlı uydurma ittihama etiraz olaraq 15 gündür aclıq edir.-16D-
-
- Sual-cavab
- 9 Yanvar 2019 17:55
-
- Siyasət
- 9 Yanvar 2019 19:44
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz