Kənd təsərrüfatı məhsullarının ixracından əldə edilmiş 54,4 milyon dollar Azərbaycana qaytarılıb
Bakı şəhəri Nizami, Qaradağ və Binəqədi rayon prokurorluqlarının gördüyü tədbirlər nəticəsində bir sıra kənd təsərrüfatı məhsulları ixracatçılarının əldə etdikləri pul vəsaitləri ölkəyə qaytarılıb.
Söhbət 54,4 milyon ABŞ dollarından (92,4 milyon manatdan çox) gedir. Bu vəsait ölkənin müvəkkil edilmiş bank hesabına qaytarılıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında deyilir.
Prokurorluq mal və məhsulların ixracı nəticəsində əldə edilən pul vəsaitlərinin ölkənin müvəkkil bank hesablarına qaytarılması üzrə zəruri prosessual tədbirləri davam etdirir.
Qeyd edək ki, xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin pul vəsaitlərini qaytarmaması faktları üzrə cinayət işləri başlanılıb. Həbs olunanlar var.
-
- Cəmiyyət
- 22 Yanvar 2025 15:42
-
- İqtisadiyyat
- 22 Yanvar 2025 15:55
Siyasət
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
-
Yanvarın 23-də Azərbaycan Talışları İctimai Şurasının üzvü Hilal Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılıb. O, Turan-a bildirib ki, bu gün Dövlət Təhlükəsizliyi Xidməti Nizami rayon şöbəsinin əməkdaşları Dövlət Təhlükəsizliyi Xidmətinin Baş İstintaq İdarəsinin bildirişini ona gətiriblər.
-
Yanvarın 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyanın xarici işlər, ittifaq və inkişaf məsələləri üzrə dövlət katibi Devid Lemmi ilə telefonla danışıb.
Rəy yaz