Teymur Kərimov

Teymur Kərimov

“Kanal-11” Youtube kanalının rəhbəri Teymur Kərimovun işi üzrə məhkəmə iclaslarının protokolları saxtalaşdırılıb. Bu barədə onun bəyanatında deyilir. Bəyanatı Kərimovun həmkarları yayıblar.

"Məhkəmə sənədlərində təhriflər var, məhkəmədə vətəndaşların verdiyi ifadələr təhrif olunub. Orada zərərçəkmiş Leyla Almaszadə məhkəmədə məndən heç bir şikayəti olmadığını dedi və bildirdi ki, "Teymur nə məndən pul istəyib, nə də pul alıb". Məhkəmə sənədində isə qeyd olunub ki, "guya Leyla məndən şikayətçidir və qeyri-qanuni yolla çəkilmiş videoların silinməsini istəyib"-  Kərimov bildirib.

"Protokollarda qeyd olunur ki, guya İstək Totiyeva mənə bank hesabından pul göndərib, lakin onun bank kartlarının çıxarışlarından görünür ki, o, mənə heç bir pul göndərməyib və məbləğləri nağd şəkildə kartından çıxarıb”, - Kərimov qeyd edib.

"Yazıblar ki, guya mən oktyabr ayında İstək Totiyevaya 350 manatı maaş şəklində vermişəm, əslində isə biz əməkdaşlığı sentyabrın 25-də sonlandırmışıq”, - Kərimov yazıb.

Protokollar saxtalaşdırıldığına görə onun barəsində məhkəmə hökmü uydurma faktlar əsasında çıxarılıb və ləğv edilməlidir. Müdafiə tərəfi Kərimovun barəsində hökmdən apellyasiya şikayəti verib.

Dekabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsi "Kanal 11" İnternet TV-nin təsisçisi Teymur Kərimovu 8 il müddətinə azadlıqdan məhrum edib. Onunla birlikdə eyni iş üzrə keçən İstək Totiyeva iki il sınaq müddətilə şərti cəzaya məhkum edilib.

*2023-cü ilin dekabrında Nərimanov Rayon Məhkəməsi Kərimovu Azərbaycan Cinayət Məcəlləsinin 182.2.1-ci (bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə), 182.2.2-ci (eyni hərəkətlər, dəfələrlə törədildikdə) və 182.2.4-cü (külli miqdarda əmlaka sahib olmaq məqsədilə törədilmiş eyni hərəkətlər) maddələrilə ittiham edərək həbs edib.

Yerli hüquq-müdafiə təşkilatları Teymur Kərimovu siyasi məhbus kimi tanıyıblar.

Rəy yaz

Siyasət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti