депутат Европарламента Петрас Аустревициус
Avropa Parlamentinin deputatı Mehman Hüseynovu azad etməyə çağırıb
Bakı/14.01.19/Turan: "Biz bloger Mehman Hüseynovun işini diqqətlə izləyirik, çünki vəkillər onun adından yayılan müraciətdən təəccübləniblər. Mən Mehman Hüseynovun qeyd- şərtsiz azadlığa buraxılmasına çağırıram", - Avropa Parlamentinin deputatı Petras Austrevicius özünün Twitter mikrobloqunda yazıb.
Qeyd edək ki, yanvarın 17-də Avropa Parlamenti təcili qaydada Mehman Hüseynovun işilə bağlı qətnamə qəbul etməyi planlaşdırır.
Bloger Mehman Hüseynov ona qarşı yeni cinayət işinə etiraz olaraq dekabrın 26-dan aclıq edir.-16D-
-
- Cəmiyyət
- 14 Yanvar 2019 17:00
Siyasət
-
ABŞ prezidenti Donald Tramp helikopter və təyyarənin toqquşmasından bir neçə saat sonra, Ağ Evdə ilk mətbuat konfransını keçirib.
-
Fəal Clalə Cavadov saxlanılıb. Onunla saat 16.00-dan əlaqə kəsilib.
-
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində birinci qrup əlil, iflic fəal Famil Xəlilovun məhkəmə prosesi davam edib. İclasın əvvəlində elan edilib ki, bu iş üzrə şahid iclasa gələ bilməyəcək, buna görə proses fevralın 6-na təxirə salınıb.
-
Yanvarın 30-da Bakı Apellyasiya Məhkəməsi “Meydan TV işi” üzrə həbs edilmiş jurnalist Aytac Tapdığın şikayətini təmin etməyib. Bu barədə Turan-a vəkil Cavad Cavadov bildirib.
Rəy yaz