Мехман Гусейнов
Mehman Hüseynovun işi ilə bağlı beynəlxalq birliyə dezinformasiya ötürülməsinə cəhdlər edilir
Bakı/14.01.19/Turan: Bloger Mehman Hüseynov 1 saylı Bakı İstintaq Təcridxanasında aclığı davam etdirir. O, ancaq maye süd məhsulları qəbul edir. Bu barədə Turan-a onun qardaşı, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) direktoru Emin Hüseynov bildirib.
Digər siyasi məhbusların blogerlə həmrəylik nümayiş etdirərək aclığa başlamaları barədə məlumatların fonunda onu daha çox təcrid ediblər, təzyiqləri artırıblar.
Vəkillər ancaq çərşənbə günü Mehmana baş çəkə bilər, telefonla danışmağa imkan verilmir, qardaşı deyib.
Son günlər hakimiyyət Mehmana qarşı yeni cinayət işi ilə bağlı beynəlxalq birliyə dezinformasiya verməyə çalışır. Belə ki, Bakıdan Vaşinqtona, Brüsselə və digər paytaxtlara Mehmana qarşı yeni cinayət işinin olmaması və onun aclıq etməməsi ilə bağlı məlumatlar gedir.
"Anlaşılmazlıq olub və aradan qaldırılır", - hakimiyyət bildirir. Bununla da Avropa Parlamenti, AŞPA və ATƏT PA-nın qarşıdakı sessiyalarında qərar qəbulunun qarşısını almağa çalışırlar. Məhz buna görə Aİ ölkələri nümayəndələrinin Mehmana baş çəkməsi təşkil olunmuşdu", - E.Hüseynov bildirib.
O deyib ki dekabrın 28-dən Mehman yeni cinayət işi üzrə müttəhim statusundadır. "Əgər, cinayət işi yoxdursa, niyə onu təcridxanaya köçürüblər?", - o qeyd edib.
O, təəssüflə bildirib ki, blogerə baş çəkən Aİ və Qırmızı Xaç nümayəndələri indiyədək görüşün yekunları barədə onun ailəsinə məlumat verməyiblər. "O zaman bu başçəkmənin mənası nə idi?", - E.Hüseynov sual edib.
O qeyd edib ki, RATİ tərəfdaş beynəlxalq hüquq-müdafiə təşkilatları ilə birlikdə təkcə blogerin yox, bütün siyasi məhbusların azadlığa buraxılması tələbilə kampaniya keçirir.-06B--
Cəmiyyət
-
Yanvarın 30-da Bakıda aydınlaşdırma ilə buludlu olacaq, gün ərzində Abşeron yarımadasında az yağıntı ola bilər. Külək cənub-şərq olacaq. Gecə havanın temperaturu +4 - dən +7c-ə, gündüz isə +8-dən +12C-ə qədər olacaq.havanın rütubəti 70-80% olacaq.
-
Azərbaycan hakimiyyəti keçmiş Rusiya hakimi Yelena Xaxalevanı Bakı Beynəlxalq Hava Limanında saxlayıb. Bu barədə məlumat Rusiyanın Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə təsdiqlənib. Saxlanılma xəbəri ilk olaraq Kommersant və İzvestiya tərəfindən mənbələrə istinadən yayımlanıb və daha sonra RIA Novosti və TASS vasitəsilə hüquq-mühafizə orqanlarından təsdiq alıb.
-
Yanvarın 29-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağıntısız olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 3+6, gündüz müsbət 8+13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Gənclər ətraf mühitin mühafizəsinə yönəlmiş texnoloji həllərini təqdim ediblər Yanvarın 18-də Oxbridge Academy-də Azercell və “Eventify” şirkətinin birgə təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf” hakatonu baş tutub. Layihə gənclərə potensiallarını reallaşdırmağa imkan yaratmaq, eləcə də ətraf mühitin qorunmasına yönəlmiş texnoloji həlləri ərsəyə gətirmək məqsədini daşıyıb. Tədbir həmçinin startap ekosisteminin inkişafına töhfə verərək iştirakçılara öz innovativ ideyalarını həyata keçirmək üçün effektiv platforma rolunu oynayıb.
Rəy yaz