İran XİN öz vətəndaşlarını Gürcüstana getməməyə çağırır
Bakı/14.01.19/Turan: İran XİN öz vətəndaşlarını H1N1 qripi virusu ilə əlaqədar Gürcüstana səfərdən çəkinməyə çağırıb. Bu barədə IRNA agentliyi məlumat yayıb.
Son rəsmi məlumatlara görə, Gürcüstanda qrip virusunun fəsadları ilə əlaqədar 15 nəfər ölüb. Bununla bağlı Gürüstan hakimiyyəti Tbilidiə dövlət məktəblərində və uşaq bağçalarında dərsin başlanmasının təxirə salınması barədə qərar qəbul edib. Bəzi ali məktəblər də dərsi təxirə salıb, məlumatda deyilir.
Gürcüstanda yüz min nəfərə 253 pasiyent düşür. 660 pasiyent stasionar müalicə alır. Onun 42-i reanimasiyadadır.
Gürcüstan hakimiyyətinin qərarı ilə virus əleyhinə "Tamiflyu" preparatı bütün ölkə boyunca paylanılır və diqnoz təsdiqləndikdə pasiyentlərə pulsuz verilir. Gürcüstana 13 min qutu "Tamiflyu" preparatı gətirilib.
Bundan əlavə, mütəxəssislər qrip əleyhinə vaksin vurulmasını tövsiyə edirlər. Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzi fevral-mart ayrarında virusun yenidən yayılacağını istisna etmirlər. Yaxın günlərdə Gürcüstana əlavə qrip əleyhinə vaksin ehtiyatı gətiriləcək, Black Sea Press bildirib. -02D-
-
- Cəmiyyət
- 14 Yanvar 2019 15:13
Siyasət
-
Yanvarın 28-də Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə dəvət olunub.
-
İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycanın irəli sürdüyü nəqliyyat layihəsi - Zəngəzur dəhlizi beynəlxalq gündəliyə salınıb. Bu barədə prezident İlham əliyev çərşənbə axşamı nəqliyyat üzrə müşavirədə bildirib.
-
Yanvarın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində fəal Möhyəddin Orucovun işi üzrə növbəti iclas keçirilib. Fəalın saxlanılmasında iştirak etmiş polis şahid qismində çıxış edib.
-
Yanvarın 27-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında 2024-cü ildə üzv dövlətlərin vəziyyətilə bağlı müzakirələr aparılıb. Yekunlara əsasən, 2580 saylı qətnamə qəbul edilib. Qətmanədə deyilir ki, Avropa Şurası Parlament Assambleyası 14 ölkədə vəziyyəti izləyən Monitorinq Komitəsinin işini yüksək qiymətləndirir.
Rəy yaz