AXCP fəalı 30 sutka inzibati həbsə məhkum edilib
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Xəzər rayonu şöbəsinin fəalı Əlisahib Kərimov yanvarın 10-da Nizami metrostansiyasında saxlanılaraq Yasamal Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin polisin qanuni tələbinə tabe olmamaq maddəsi ilə günahlandırlaraq 30 sutka inzibati həbsə məhkum edilib.
Bu barədə AXCP məlumat yayıb.
Əlisahib Kərimovun ailəsindən Turana bildiriblər ki, yanvarın 11-də Kərimov ailəsinə zəng edərək inzibati həbsə məhkum edildiyini deyib.
“Əlisahib evə zəng etdi. Cəmi 20-30 saniyə danışmağa imkan verdilər. Dedi ki, Tik-tok şəbəkəsində fəal olduğuna görə həbs ediblər. O tikinti işlərində işləyir. Saxlanılan zaman alətləri Nizami metrosunda qalıb, dedi gedib götürək. Heç bir günahının olmadığını, son 10 gündə izləndiyiyni bildirdi. Bundan öncə də bir dəfə onu saxlamağa cəhd ediblər, lakin yayına bilib”, ailə üzvü Turana deyib.
Öz növbəsində, polis oqranları faəlın saxlanılması ilə bağlı hələ məlumat yaymayıb.
-
- Siyasət
- 11 Yanvar 2025 22:25
Siyasət
-
Bakıdakı Rus Evi ətrafında sosial şəbəkələrdə yayılan dezinformasiyalar Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirmək məqsədi daşıyır.
-
Baş Prokurorluq Bakının Qaradağ, Binəqədi və Xəzər rayonlarında, həmçinin Tərtər rayonunda qanunsuz hasilat aparılması və torpaq sahəsinin qanunsuz zəbt edilməsi faktları üzrə araşdırma aparıb.
-
“Abzas Media” nəşrinin işilə əlaqədar fevralın 11-nə təyin olunmuş növbəti məhkəmə iclası keçirilməyib.
-
Fevralın 11-də prezident İlham Əliyev “Azərbaycan Respublikası hökuməti ilə Rusiya Federasiyası hökuməti arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında saziş”i təsdiq edib.
Rəy yaz