![Müstəqil jurnalist Xanım Mustafayevanın ölkədən çıxışına qadağa qoyulub](https://turan.az/resized/news/2025/xLbNrca8CAJzXcxSjBLYwxLdWdB7VLfiWLkLUcVJ-750-500-resize.webp)
Müstəqil jurnalist Xanım Mustafayevanın ölkədən çıxışına qadağa qoyulub
Müstəqil jurnalist Xanım Mustafayeva yanvarın 11-də Azərbaycandan xaricə gedə bilməyib. Bakı hava limanında ona bildiriblər ki, qadağa Azərbaycanın Daxili İşlər Nazirliyi tərəfindən qoyulub. Lakin jurnalistin hüquqlarının məhdudlaşdırılmasının səbəbləri ona izah edilməyib.
Mustafayeva Turan-a bildirib ki, son illər xaricdə yaşayır və dekabrın 15-də ailəsi ilə birlikdə Yeni il bayramını keçirmək üçün Azərbaycana gəlib.
Yanvarın 11-də o, Türkiyəyə qayıtmaq istəsədə, Bakı-İstanbul reysinə buraxılmayıb.
Mustafayeva Bakı hava limanında pasport nəzarətindən keçdikdən sonra geri qaytarılıb və ona Azərbaycan Daxili İşlər Nazirliyinin ölkədən çıxışına qadağa qoyması barədə məlumat verilib.
Lakin səbəblər açıqlanmayıb.
Mustafayeva Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng edərək səbəbləri öyrənməyə çalışsa da, bunun nəticəsi olmayıb.
Jurnalist qadağanın səbəbini öyrənmək üçün DİN-in Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyevlə əlaqə saxlayıb.
Hacıyev ona qadağadan məlumatsız olduğunu və araşdıracağını deyib.
Mustafayeva, hazırda hər hansı bir cərimə və kredit borcunun olmadığını deyib.
Ona görə də qadağanın hansı səbəbdən qoyulduğunu özü də bilmir.
Yada salaq ki, son bir ildə Azərbaycanda bir sıra nəşrlərin, o cümlədən Abzas Media, Toplum TV və Meydan TV-nin jurnalistlərinə qarşı cinayət işi açılıb.
Amma, Mustafayevanın sözlərinə görə, o, son il yarımda Azərbaycan mediası ilə ümumiyyətlə əməkdaşlıq etməyib.
Qeyd edək ki, son bir ildə media orqanlarına qarşı aparılan araşdırmalarla əlaqədar onlarla jurnalist və fəalın ölkədən çıxışına qadağa qoyulub.
Azərbaycan Daxili İşlər Nazirliyindən məsələ ilə bağlı şərh almaq mümkün olmayıb.
-
- Siyasət
- 12 Yanvar 2025 15:47
Siyasət
-
Baş Prokurorluq Bakının Qaradağ, Binəqədi və Xəzər rayonlarında, həmçinin Tərtər rayonunda qanunsuz hasilat aparılması və torpaq sahəsinin qanunsuz zəbt edilməsi faktları üzrə araşdırma aparıb.
-
“Abzas Media” nəşrinin işilə əlaqədar fevralın 11-nə təyin olunmuş növbəti məhkəmə iclası keçirilməyib.
-
Fevralın 11-də prezident İlham Əliyev “Azərbaycan Respublikası hökuməti ilə Rusiya Federasiyası hökuməti arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında saziş”i təsdiq edib.
-
Fevralın 11-də Azərbaycan Hüquq-Müdafiə Təşkilatlari Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanli və Səadət Bənənyarlı həbs edilmiş jurnalist Şahnaz Bəylərqızının işi üzrə ölkə rəhbərliyinə etdikləri müraciətlə əlaqədar Daxili İşlər Nazirliyində görüş keçiriblər.
Rəy yaz