Suma Çakrabarti
AYİB prezidenti Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüş keçirib
Bakı/05.03.19/Turan: Çərşənbə axşamı, martın 5-də Bakıda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabartinin Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşü keçirilib.
AYİB-in Azərbaycan ofisində keçirilən görüşdə vətəndaş cəmiyyəti nümayəndələri prezident Çakrabartiyə KİV azadlığı sahəsində vəziyyət, vətəndaş cəmiyyətinin iş şəraiti, mülki və siyasi hüquqlar, şəffaflıq və yaxşı idarəçilik haqqında məlumat veriblər.
Görüşdə Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, MG Consulting LLC-nin direktoru Məhəmməd Quluzadə, Rasional İnkişaf Uğurnda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl, Hüquq Müdafiə Klubunun sədri Rəsul Cəfərov, Avrasiya Hasilat Sənayesi Bilik Mərkəzinin direktoru və Xəzər Universitetinin İqtisadiyyat və İdarəetmə fakultəsinin dekanı İnqilab Əhmədov, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (EMDS) icraçı direktoru Məmməd Məmmədzadə iştirak edib.
Azərbaycana hazırki səfəri çərçivəsində AYİB prezidenti hökumət, özəl sektor nümayəndələri, bank müştəriləri, beynəlxalq maliyyə institutlarının nümayəndələri ilə görüşəcək.
AYİB-in əməliyyatlar həyata keçirdiyi ölkələrə müntəzəm olaraq səfər edən prezident Çakrobati Azərbaycana son siyasi və sosial-iqtisadi proseslərlə, habelə AYİB-in ölkədəki əməliyyatlarının gedişatı ilə tanış olmaq məqsədilə gəlib. -0-
-
- Cəmiyyət
- 5 Mart 2019 15:26
Siyasət
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib.
-
Azərbaycanda amnistiya aktının qəbuluna ehtiyac var. Bu barədə fevralın 3-də Milli Məclisin iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.
-
“Azel” TV saytının rəhbəri, Azərbaycana ekstradisiya məqsədilə Gürcüstanda həbs olunmuş Əfqan Sadıqov fevralın 2-dən quru aclığa başlayıb. Bu barədə Turan-a onun xanımı Sevinc Sadıqova bildirib. Fevralın 2-də o, Əfqan Sadıqov ilə telefonla danışıb.
-
1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan hüquq müdafiəçisi Anar Məmmədlinin səhhətinin getdikcə pisləşməsinə baxmayaraq, ona adekvat tibbi yardım göstərilmir. Bu barədə Turan-a vəkil Elçin Sadıqov təcridxanada Məmmədliyə baş çəkdikdən sonra bildirib.
Rəy yaz