AXCP fəalı ona qarşı yeni təzyiq barədə məlumat verib
Bakı/05.03.19/Turan: 3 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) gənc fəalı Ruslan Nəsirli naməlum şəxslər tərəfindən ona təzyiq göstərildiyini bildirib.
Nəsirlinin Turan agentliyinə verdiyi məlumata görə, özünü DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşı kimi təqdim edən naməlum şəxs messencerdən ona zəng edir və görüşə gəlməyi tələb edir.
"Mənə deyirlər ki, səni biz azadlığa buraxdıq, görüşüb bir məsələni aydınlaşdırmaq lazımdır", deyə Nəsirli bildirib. Onun rəsmi polisə çağırış bildirişi göndərmək təklifinə naməlum şəxs inkar cavabı verib.
Fəal hesab edir ki, hakimiyyət AXCP-nin guya qanunsuz maliyyələşdirilməsi haqqında məhkəmənin yekunlaşmasından sonra onun çıxışlarından narazıdır. Ruslan Nəsirli bu saxta cinayət işinin fiqurantıdır. O, "pulların yuyulmasında" təqsirli bilinib və 3 il sınaq müddəti olmaqla, 6,5 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. -06D-
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz