Açiq mənbələrdən foto.
Ayxan Hacızadə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri təyin edilib
Bakı/20.10.22/Turan: Ayxan Hacızadə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin edilib.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsi məlumat yayıb.
Ayxan Hacızadə 1981-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsinin bakalavr və magistr pillələrini bitirib. ABŞ-ın Milli Müdafiə Universitetinin Strateji Təhlükəsizlik Elmləri üzrə magistr dərəcəsinə malikdir. Xarici ölkələrdə bir sıra tədris proqramı və təlimlərdə iştirak edib, Corc Marşal adına Avropa Təhlükəsizlik Elmləri Mərkəzində Ali Təhlükəsizlik Proqramının və BMT-nin Tərksilah məsələləri üzrə Təqaüd Proqramının məzunudur.
2007-ci ildən etibarən Xarici İşlər Nazirliyində müxtəlif diplomatik vəzifələr tutub. 2010-2014-cü illərdə Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyində, ATƏT və BMT-nin Vyana şəhərində yerləşən təşkilat və qurumları yanında daimi nümayəndəliyində üçüncü və ikinci katib, 2017-2022-ci illərdə Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyində birinci katib və müşavir vəzifələrində çalışıb. 2022-ci ilin iyul ayından etibarən Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəis müavini vəzifəsində işləyib.
Xarici İşlər Nazirliyinin bundan öncəki mətbuat katibi Leyla Abdullayeva Azərbaycanın Fransada səfiri təyin edilib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri vəzifəsi sanki yuxarı vəzifələrə təyinat almaq üçün bir aralıq vəzifəsidir. Bundan öncə nazirliyin mətbuat xidmətinin rəhbəri olmuş 4 diplomat səfir vəzifəsinə, Hikmət Hacıyev isə Azərbaycan Prezidentinin köməkçisi vəzifəsinə təyinat alıb. 03
Siyasət
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
Rəy yaz